altun.az

Azərbaycandan oğurlanan pullar Britaniyada müsadirə oluna bilər

18-01-2019, 17:26

Azərbaycandan oğurlanan pullar Britaniyada müsadirə oluna bilər

Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakı, var-dövlətinin müsadirə edilməsi barədə hökm çıxarıb satarsa, o pulun Azərbaycana verilməsi Britaniyanın qanunvericiliyindən asılıdır. Hətta Britaniya hökuməti müsadirə edilərək satılan əmakın pulunun onlarda qalmalı olduğunu iddia edə bilər.
Bu sözləri Altun.az-a hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Böyük Britaniya hökumətinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın var-dövlətinin müsadirə edilməsi təhlükəsi barədə danışarkən deyib. F.Mehdiyev bildirib ki, Azərbaycan hökuməti müsadirə ediən əmlakdan alınan pulun geri veriməsi üçün iddia qaldıra bilər:
"Azərbaycan hökuməti sübut etməlidir ki, həmin əmlaklar Azərbaycandan oğurlanan, mənimsənilən pullar hesabına ərsəyə gəlib. Bu zaman mülki qaydada bir iddia ortaya qoyulmalıdır. Təbii ki, Azərbaycanın dövlət olaraq, bunu məhkəmədə irəli sürməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, diplomatik kanallarla irəli sürməlidir".
Xatırladaq ki, Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Britaniya KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəyini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanəsinin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubunun müsadirə edilməsi barədə hökm çıxara bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 251 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com