altun.az

Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat

16-01-2019, 13:15

Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat

Məhəmmədəmin Rəsulzadənin barelyefinin oğurlanması onun 130 illik yubileyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə Prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır.
Altun.az xəbər verir ki, bu sözləri Novxanıda Məhəmmədəmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefinin oğurlanmasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, bu, hansı motivlə edilməsi araşdırıldıqdan sonra qiymət verilməsi zəruri olan bir hadisədir:
“Dörd il öncə Gəncədə Məhəmmədəmin Rəsulzadənin büstünə qarşı sayğısızlıq məsələsini Milli Məclisdə hörmətli xalq şairimiz Sabir Rüstəmxanlı ilə birlikdə gündəmə gətirmişdik, ayrı-ayrı məmurlarla da bu mövzuda sərt mübahisələrimiz olmuşdu. Bu ərdəmsizliyi edənlər az sonra öz yanlışlarını anlayaraq torbanı büstün üzərindən götürdülər. İndi isə yeni bir ədəbsizliyə imza atmaq istəyənlər tapılıb. Belə ki, Novxanıda Məhəmmədəmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefini söküb aparıblar. Bununla bağlı sosial şəbəkədə fotofakta istinad edən paylaşımlar da edilib. Əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünüblərsə, bu, eyni zamanda, Rəsulzadənin 130 illik yubiliyeyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır. Əminəm ki, ölkəmizin hüquq-mühafizə orqanları milli dövlətimizin qurucusunun xatirəsinə qarşı göstərilən bu sayğısızlığın ciddi şəkildə araşdırılmasını təmin edəcəklər”.
Deputat bildirib ki, bu kimi hadisələr ciddi narahatlıq yaratsa da, bununla belə, təsəlli üçün də düşünüləcək məsələlər var:
“Məhəmmədəmin bəy kimi dahilərin yaşamasını, çalışmasını ehtiva edən xatirə obyektləri nisbi mahiyyət daşıyır. Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların evi Novxanıda köhnə bir ata ocağı ilə məhdudlaşmır, bütün Azərbaycanın adı çəkilən hər məkanda olan evlər, ocaqlar onların Vətən evi, Vətən ocağı sayılır. Narahat olmamağa əsasımız budur ki, Məhəmmədəmin bəyin qəlbimizin içindən asılmış barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmur və olmayacaq da...”
Qeyd edək ki, yanvarın 15-də Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 286 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com