altun.az

İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS

15-01-2019, 22:27

İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS

Ölkə ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq, 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək, gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Altun.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.
Milli Hidrometeorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı veriləcək.
Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər.
Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Qərargah (012) 538 04 81
Rəşad Allahverdiyev (012) 538 54 54
İradə İbrahimova (050) 300 92 29
Tural Məmmədov (012) 538 8513
Milli Hidrometeorologiya Departamenti
Qərargah(012) 441 11 75
Umayra Tağıyeva (050) 225 32 42
Asif Verdiyev (050) 394 12 23
Gülşad Məmmədova(050) 550 28 36


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 229 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com