altun.az

3 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar

14-01-2019, 15:29

3 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar

Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda tapılmış 3 günlük qız uşağı qeyri-rəsmi nikahdan doğulub.
Altun.az-a daxil olan məlumata görə, körpənin anası N.Ağayeva əvvəllər ailəli olsa da, həyat yoldaşı 7-8 il əvvəl dünyasını dəyişib. Xanımın bu rəsmi nikahdan 2 qızı, bir oğlu var.
Ehtimal edilir ki, qeyri-rəsmi münasibətdən övlad dünyaya gətirən xanım qınaq obyekti olmamaq üçün və ya hansısa başqa səbəbdən çarəni körpəni atmaqda görüb.
N.Ağayevanın saxlanılmadığı, hazırda evində səhhəti ilə bağlı müalicə aldığı da bildirilib.
Qeyd edək ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda 3 günlük qız uşağı tapılıb və polislər tərəfindən 1 saylı Körpələr Evinə təhvil verilib. Reportun məlumatına görə, uşağın anası 37 yaşlı Nailə Ağayeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 239 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com