altun.az

Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı

14-01-2019, 14:19

Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı
Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı

1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu üzərinə benzin tökərək özünü yandırıb. Hadisə ötən gün axşam saatlarında Sulutəpə qəsəbəsində yerləşən 40-cı polis bölməsinin qarşısında baş verib.
Altun.az-ın xəbərinə görə, Baku TV-yə müsahibə verən Tərlan İslamovun qardaşı Tərzan İslamov bildirib ki, qardaşı özünü yandırmazdan bir müddət əvvəl 40-cı polis bölməsinə şikayətlə bağlı müraciət etsə də, onun müraciəti cavabsız qalıb.
Bölmədə mübahisə etdikdən sonra əsəbiləşən Tərlan özünü yandırıb.
Tərzan İslamov onu da əlavə edib ki, qardaşını dərhal Respublika Yanıq Mərkəzinə gətirib, vəziyyəti ağırdır.
Xəstəxanadan verilən məlumata görə Tərlanın bədəninin demək olar ki, 65-faizi yanıb. Hazırda reanimasiyada saxlanılır.
1985-ci il təvəllüdlü İslamov Tərlan Arif oğlu bu addımı atmazdan bir müddət öncə polis bölməsinə müraciət edib. Sonra naməlum səbəbdən mübahisə yaranıb.
T. İslamov üzərinə benzin tökərək özünü yandırıb. Onun bu addımı hansı səbəbdən atdığı məlum deyil.
Mərkəzin baş həkimi Şöhrət Məmmədovun verdiyi məlumata görə, xəstənin vəziyyəti ağırdır:
“Xəstə çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aşağı qurşağa qədər bədənin demək olar ki, 60-65 faizi yanıb. O, reanimasiyada həkim nəzarətindədir. Dediyinə görə özü-özünü yandırıb”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun verdiyi məlumata görə, xəstə ciddi həkim nəzarətindədir:
“Hadisə nəticəsində xəstənin bədəninin 65 faizədək hissəsi yanıb. Vəziyyəti kritikdir. Reanimasiya şöbəsində həkimlərin ciddi nəzarəti altında saxlanılır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 219 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com