altun.az

Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi

13-01-2019, 20:35

Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi

Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib.
Altun.az-ın məlumatına görə, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına atəş açıb. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına düşüb.
Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.
Qeyd edək ki, mərhum ailəli olub, iki azyaşlı övladı var.
İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 254 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com