altun.az

Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...

12-01-2019, 21:26

Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...

“Sarı jiletlilər”in bu gün Fransanın müxtəlif şəhərlərində keçirilən növbəti etiraz aksiyalarında 32 min nəfər iştirak edir. Parisin küçə və meydanlarına isə 8 min etirazçı çıxıb.
Altun.az xəbər verir ki, bu barədə BFM telekanalı güc strukturlarından aldığı qeyri-rəsmi informasiyaya istinadla məlumat yayıb. Telekanal qeyd edir ki, ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım var. Bir həftə əvvəl ölkədə nümayişə 26 min, Parisdə isə 2 min nəfər çıxmışdı.
Hazırda Parisdə Zəfər Tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaşanır. Polislər və jandarma onlara atılan daşlara gözyaşardıcı qaz və su şırnaqları tətbiq etməklə cavab verirlər.
Son məlumata görə, səhərdən indiyədək paytaxtda 59 nəfər saxlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 241 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com