altun.az

Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı

12-01-2019, 13:28

Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı

Makedoniya müxalifəti parlamentdə böyük səsçoxluğu ilə qəbul edilən ölkənin adının Şimali Makedoniya adlandırılması ilə bağlı qanuna qarşı BMT-də mübarizə aparacaq.
Altun.az xəbər verir ki, bu barədə müxalif Vahid Makedoniya Partiyasının lideri Yanko Baçev danışıb.
“Bizim partiyamızın da üzvü olduğu “Makedoniya blokları” hərəkatı BMT-də beynəlxalq səviyyədə öz mübarizəsini davam etdirəcək”, - Baçev bildirib.
Onun sözlərinə görə, ölkənin marionet hakimiyyəti makedon xalqının iradəsinin əksinə hərəkət edib.
Qeyd edək ki, Makedoniya parlamenti ölkənin adının Şimali Makedoniya Respublikası olaraq dəyişdirilməsini təsdiqləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 220 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com