altun.az

Nazirlikdə işə düzəlmək istəyənlərin - Nəzərinə

7-01-2019, 19:50

Nazirlikdə işə düzəlmək istəyənlərin - Nəzərinə

Azərbaycan Respublikasının Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə elan edib.
Altun.az Vergilər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə yanvarın 31-dən fevralın 20-dək qəbul ediləcək. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Qeyd edilib ki, elektron ərizə vermiş namizədlər martın 27-dən 29-dək (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, akademik Landau küçəsi, 16) götürməlidirlər.
Bildirilib ki, müsabiqənin test imtahanı mərhələsi martın 30-da Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısının yanvarın 10-dan nazirliyin internet saytı vasitəsilə namizədlərə çatdırılması qeyd olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 201 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com