altun.az

Gürcüstan-Rusiya sərhədində-Hərbi-Gürcüstan avtomobil yolu bağlanıb

29-12-2018, 23:36

Gürcüstan-Rusiya sərhədində-Hərbi-Gürcüstan avtomobil yolu bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı Yuxarı Lars yolunda (Gürcüstan Hərbi yolu) vəziyyət dözülməz həddə çatıb.
Altun.az xəbər verir ki, bütün xəbərdarlıqlara baxmayaraq, Gürcüstandan Rusiyaya, eləcə də əks istiqamətə hərəkət edən yük və minik avtomobillərinin sərhəd-keçid məntəqəsinə doğru hərəkəti davam edir.
Gürcüstan Avtomobil Yolları Departamentindən bildiriblər ki, hazırda Gürcüstan-Rusiya keçid məntəqəsində 1000-ə yaxın avtomobil dayanır. Onlardan 630-u minik, 335-i isə yük avtomobilidir.
Azərbaycan ərazisindən və Türkiyədən Gürcüstana gələn yük və minik avtomobillərinə bu ölkədən keçməklə Rusiyaya getməyin mümkünsüz olması barədə xəbərdarlıq edilir və Rusiyaya Azərbaycanın şimal bölgəsindəki Yarıq-Qazmalar sərhəd keçid məntəqəsindən daxil olmaq məsləhət görülür. Sürücülərə Rusiya tərəfindən də eyni xəbərdarlıq edilir.
Sərhəd keçid məntəqəsinin dekabrın 30-da açılacağı barədə yayılan məlumatlar da özünü doğrultmayıb. Sinoptiklər dekabrın 30-dan yanvarın 10-dək Gürcüstan ərazisində havanın yenidən kəskin dəyişəcəyi barədə xəbərdarlıq edirlər. Bunu nəzərə alan Gürcüstan rəsmiləri avtomobil sahiblərinə və vətəndaşlara xəbərdarlıq edir, onlara Rusiyaya hava nəqliyyatı, Batumidən dənizdən keçməklə (parom vasitəsilə) və yaxud da Azərbaycan ərazisindən keçməklə Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsindən getməyi tövsiyə edir.
Yolda təcili tibbi yardım briqadaları, fövqəladə hallar xidməti və digər aidiyyəti qurumların əməkdaşları sürücülərə, sərnişinlərə lazımi xidmət göstərir. Psixoloqlar ehtiyacı olanlara yardım edirlər.
Yuxarı Larsda çoxfunksiyalı yeməkxana, ana və uşaqlar üçün səyyar otaqlar quraşdırılıb.
Məlumat üçün qeyd edək ki, dekabrın 26-da Hərbi-Gürcüstan yolunda bütün növ avtomobillərin hərəkətinə qadağa tətbiq edilib.
Buna səbəb güclü qar yağması, yolların buz bağlaması və dağlıq bölgələrdə qar uçqunudur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 450 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]