altun.az

Avtomobil, telefon və evlər hərraca çıxarıldı

29-12-2018, 18:12

Avtomobil, telefon və evlər hərraca çıxarıldı

Yanvarın 29-da hərraca çıxarılacaq əmlakların siyahısı açıqlanıb.
Altun.az-ın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə istinadən məlumatına görə, BQ, “Nokia E 1205”, “Samsung A1”, “Kenxida” markalı mobil telefonlar, həmçinin “Mersedes-Benz 230” markalı avtomobil hərraca çıxarılıb.
Hərracda gümüş məmulatları, printer, Nəsimi rayonunda və Sumqayıtda mənzillər də satılacaq.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlakla tanış olmaq və sifariş vermək üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət edə bilərlər.
Hərraclarda, qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 353 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]