altun.az

Çinlilər ABŞ-ı Rusiyadan daha vacib hesab edir - Sorğu

29-12-2018, 18:07

Çinlilər ABŞ-ı Rusiyadan daha vacib hesab edir - Sorğu

ABŞ-la münasibətlər Çinin inkişafına 2018-ci ildə digər ölkələrdən daha güclü təsir göstərib.
Altun.az xəbər verir ki, bu nəticə “Qlobal Tayms”ın apardığı tədqiqatdan sonra ortaya çıxıb. Bu fikri çinlilərin 63,5%-i dəstəkləyib.
Çinlilər ABŞ-dan sonrakı yerə Rusiyanı layiq görüblər. 37,6% respondent Çinin inkişafına Rusiyanın təsir etdiyini bildirib.
Təsir gücünə görə üçüncü yerdə AB dayanıb. Sorğuda iştirak edənlərin 21,7%-nin fikrinə görə, AB-nin Çinlə münasibətləri Pekinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Ondan sonrakı yerdə Yaponiya (12,7%), Cənub-şərqi Asiya ölkələri (6,9%), Latın Amerikası ölkələri (5,1%), Afrika ölkələri (4,2%), Hindistan 3,7%), Şimali Koreya (3,3%) qərarlaşıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 323 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]