altun.az

Ali Məhkəmə Qarabağ Qazisinin hüquqların tanımadı - Q.Əliquliyev ŞOK açıqlamaları VİDEO

27-12-2018, 16:14

Ali Məhkəmə Qarabağ Qazisinin hüquqların tanımadı - Q.Əliquliyev ŞOK açıqlamaları VİDEO


Keçən yazımızda müharibə əlilinin torpağına saxta sənədlər əsasında sahib çıxmaq istəyən bir qrup şəxslərin peyda olduğunu qeyd etmişdik. Bildirmişdik ki, APU-da uzun müddət müəllim işləyən Məlikməmməd Cəbrayılovun həyat yoldaşı Könül Cəbrayılova saxta sənədlər əsasında hansısa yuxarı orqanlara arxalanaraq Qarabağ qazisi Qərib Əliquliyevin torpağını ələ keçirməyə çalışır.Hüquq mühafizə orqanlarına müraciət olunub və iş məhkəmədədir. Apellyasiya məhkəməsi məsələni obyektiv araşdıraraq Qarabağ qazisinin xeyrinə qətnamə çıxarıb. Lakin bununla razılaşmayan Könül Cəbrayılova Ali Məhkəməyə müraciət edib.
Bakunews.az xəbər verir ki, dünən Ali Məkəmədə növbəti proses keçirildi. Prosesdə şok detallar açıqlanıb. Məsələdən,qanuni sənədlərdən xəbərsiz olan Ədliyyə orqanları da çarpaz məngənəyə salınıb.
Qeyd edək ki, əvvəlcə Ali Məhkəmə qarşısında çıxış edən Qərib Əliquliyev hüquqlarının kobud şəkildə pozulmasına cəhd edildiyini bildirdi. Qeyd etdi ki, əgər, qərar ləğv edilərsə qanunsuz əməl sahiblərinin arxasındakı adları açıqlayacaq.
Məhkəmə çıxışı zamanı Q.Əliquliyev onun haqqlı olduğu qərarın ləğvində Hikmət Mirzəyevin göstərişinin olduğunu qeyd etdi. O, bildirdi ki, Hikmət Mirzəyevin hakim Zakir Quliyevə təzyiq edərək Cəbrayılovların xeyrinə qərar qəbul etdirib.
Qeyd olundu ki Məlikməmməd Cəbrayılovun oğlu Polad Cəbrayılov Bakı şəhər prokurorunun müavini Mehman Qocayevlə dostluq bağlarından istifadə edir. Hikmət Mirzəliyevin köməkliyi ilə Ali Məhkəmənin hakiminin rəsmi sənədlərini heçə sayaraq Qərib Əliquliyevin əleyhinə qətnamə çıxarıb.
Q.Əliquliyev hüququnun pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək, Haqqı tanınmadığı təqdirdə isə hüquqlarını Avropa Məhkəməsində axtarmalı olacaq.
Zərərçəkmiş həmçinin Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevayada müraciət edəcəyini bildirib.

Bakunews.az


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 275 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com