altun.az

Baş pediatrdan valideynlərə xəbərdarlıq: Qarşısı alınmazsa...

20-12-2018, 12:07

Baş pediatrdan valideynlərə xəbərdarlıq: Qarşısı alınmazsa...

Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir.
Altun.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, əgər yenidoğulma və uşaqlıq dövrlərində rast gəlinən bir sıra nevroloji xəstəliklər vaxtında müalicə olunarsa, onda həm müsbət nəticə əldə etmək mümkün olar, həm də əlilliyin inkişafının qarşısı alınar. Baş pediatr vurğulayıb ki, bura mərkəzi sinir sisteminin hipoksidi, travmatik zədələnmələri, anadangəlmə nevroloji xəstəliklər, neonatal qıcolmalar daxildir. N.Quliyev deyib ki, bu xəstəliklərlə bağlı vaxtında müalicə tədbirləri aparılarsa, o zaman gələcəkdə sağlamlıq imkanlarının pozulması hallarının da qarşısı alınar.
N.Quliyev qeyd edib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir.
Baş pediatr valideynlərə xəbərdarlıq edərək bildirib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər:
"Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa, uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 268 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com