altun.az

“Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir? - Foto

19-12-2018, 12:56

“Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir? - Foto

Ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən Audi-Q3-ün sürücüsü xanım olub.
Altun.az Bakı.vs-ə istinadən xəbər verir ki, həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibi Bikə Abdullayeva bildirib ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.
“Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, - B.Abdullayeva bildirib.
Qeyd edək ki, ötən gün Audi-Q3 markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb. Marketə vurulan ziyan barəsində də məlumat verilmir.
“Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir? - Foto
“Audi” ilə “Bravo”ya girən xanım sürücü kimdir? - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 357 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com