altun.az

Yalan ayaq tutar, yeriməz-Təbib Aslanov etiraf etdi: "Məhkəmə nə qərar versə o.." - VİDEO 18+

29-03-2018, 20:48

Yalan ayaq tutar, yeriməz-Təbib Aslanov etiraf etdi: "Məhkəmə nə qərar versə o.." - VİDEO 18+

Xəbər verdiyimiz kimi, Altun.az saytının baş redaktoru S.Məmmədlinin oğlu Altay Məmmədovun bir qrup qanundan kənar şəxslər tərəfindən yaşadığı evindən zor gücünə çıxardılması ilə bağlı mübahisə səngimək bilmir. 05 mart tarixində Altay Məmmədovun evinə düzənlənən silahlı basqından sonra, baş redaktorun oğlu evini tərk etmək məcburiyyətində qalıb. Bu günə qədər Suraxanı rayon polis əməkdaşları tərəfindən vətəndaşın öz evində təhlükəsiz yaşaması təmin edilməyib...
Ötən 19 mart tarixində keçirilən məhkəmə iclası zamanı Altun.az saytının baş redaktoru S.Məmmədlini təhqir etdiklərinə görə məhkəmə iclas zalından qovulan Təbib Aslanov və yaxınlarını xəbərdar etdikdən, bunun, məhkəmə hakiminin ünvanına təhqir saydığını bildirən hakim, sözü iddiaçıya verib.
Bu günə qədər polis orqanlarını "hesaba almayan", törətdikləri cinayətin izlərini itirməyə çalışan, saxta maddi sübutlar, yalan ifadələr təqdim edən Təbib Aslanovun, A.Məmmədovun yaşadığı ünvandan çıxarılması tələbi ilə Suraxanı rayon məhkəməsinə verdiyi iddia ərizəsinə, 29.03.2018-ci il tarixdə, üçüncü məhkəmə baxışı keçirilib. Bu dəfə; "yalan danışmaq nəyə lazım"-deyə, iddia tələbini əsaslandırmaq istəyən T.Aslanov, həqiqətən də, "..ilkin 4000 manat, sonrakı aylarda 300 manat olmaq şərti ilə" evi A.Məmmədova satdığını etiraf edib.
Hakimin A.Məmmədovun tikdiyi evə qiymət qoyulması ilə bağlı ekspertiza təyin edilməsi təklifinə, baş redaktor S.Məmmədli də baş verənlərdən dolayı artıq qonşuluqda yaşamağın mümkün olmadığını, mübahisənin nəzarətdən çıxıb, cinayət əməllərinə yol açdığını və bununla bağlı Suraxanı rayon polis idarəsində cinayət işi açıldığını, istintaq aparıldığını əsas gətirib, hakimin qiymət qoyma ilə bağlı ekspertiza təyin olunması qərarının tam zamanında verildiyini razılıqla qarşıladığını bildirib. İddiaçı T.Aslanov da hakimin qərarını məmnuniyyətlə qarşıladığını ifadə edib.
Məhkəmə ekspertiza baxışına qədər təxirə salınıb.
Azay Süleymanoğlu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]