altun.az

Rusiyada dəhşət: 53 nəfər diri-diri yandı - Video

26-03-2018, 10:47

Rusiyada dəhşət: 53 nəfər diri-diri yandı - Video

Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində güclü yanğın baş verib.
Altun.az xəbər verir ki, xilasetmə xidmətinin əməkdaşlarının “İnterfaks”a verdikləri məlumata görə, yanğın zamanı binada 3-ü uşaq olmaqla, 4 nəfər həlak olub.
“Uşaqların cəsədləri kinoteatrın zalından tapılıb”, - əməkdaşlardan biri deyib.
Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov yanğının kino zallarının birində başladığını bildirib.
***
Yanğın zamanı 26 nəfər xəsarət alıb, 17 nəfər isə itkin düşüb. Yanğın hələ də davam edir, yanğınsöndürənlər alovun qarşısını almağa çalışır.
***
Dəhşətli yanğında ölənlərin sayının 5 nəfərə çatdığı bildirilib.
***
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğının lokallaşdırıldığı barədə məlumat yayılıb.
***
Ən son məlumata görə, yanğın zamanı 3 qadın, bir uşaq olmaqla, 5 nəfər həlak olub, 30 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 40 uşaq olmaqla, 69 nəfərdən heç bir məlumat yoxdur.
***
FHN-nin hadisə yerində olan qərargahından verilən məlumata görə, yanğında 37 nəfərin həyatını itirdiyi təsdiqlənib, 40 nəfər xəstəxanaya yerləşdirilib.
***
Əraziyə əlavə xilasedici briqada göndərilib. RİA-nın məlumatına görə, onların arasında xilasedici dəstə, psixoloqlar, xüsusi qruplar var.
TASS-ın yaydığı xəbərə görə, 43 nəfər xəsarət alıb, 70-ə yaxın şəxs itkin sayılır.
***
Açıq alov söndürülüb. Hazırda 100 texnika və 300-dən çox xilasedici hadisə yerindədir. Xilasedicilər yanğın ocaqlarını söndürmək və itkin düşənlərin axtarışı ilə məşğuldur.
Yanğın 4-cü mərtəbədə başlayıb. Mərkəzin sahəsi 1500 kv/m-dən çoxdur. 4-cü mərtəbədə bir neçə kinozal və uşaqlar üçün oyun meydançaları var. Xilasedicilər 2 kinozalı yoxlayıblar, ancaq 3-cüsünə hələlik keçmək mümkün deyil.
***
Rusiya İstintaq Komitəsi yanğın nəticəsində 53 adamın öldüyünü təsdiqləyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]