altun.az

Ermənistan yaradıb, bizdə də hazırlanmalıdır-Millət vəkili hökuməti yıxıb sürüdü

16-03-2018, 19:34

Ermənistan yaradıb, bizdə də hazırlanmalıdır-Millət vəkili hökuməti yıxıb sürüdü

Son 200 il ərzində başımıza gətirilən müsibətlərə həsr olunmuş abidə hazırlanmalıdır.
Altun.az xəbər verir ki, bu fikri millət vəkili Tahir Kərimli Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu abidə Azərbaycanda soyqırımın 100 illiyi ərəfəsində hazır olmalıdır.
“Düşmən ölkə-Ermənistan belə bir abidə kompleksi yaradıb, saxtakarlıqla məşğuldur”.
Millət vəkili Ağsuda təhsil sahəsində müşahidə olunan problemlərdən də danışıb:
“Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq mümkün deyil, hətta bəzi məktəblərdə ilanlar görünür. Rayonun 5 nömrəli internat məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir. Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyi ilə bağlı ötən dəfə çıxışımızda dəfələrlə müzakirə etmişik, ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm. Təhsil Nazirliyinə müraciət edərək məktəblərdə kişilərin daha çox müəllim işləməkdə maraqlı olması üçün stimullaşdırıcı tədbirlər görməyin vacibliyini xatırlatmaq istəyirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]