altun.az

"Bu, insanlıq üçün utancdır" – Millət vəkili

24-02-2018, 17:36

"Bu, insanlıq üçün utancdır" – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib.
Altun.az xəbər verir ki, millət vəkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məruzə ilə çıxış edib.
Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cəmil Dəmir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər.
Millət vəkili Xocalı Soyqırımı zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb: “Biz heç zaman dünyada insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya niyə susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandır. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu, bir insanlıq utancıdır! Biz, sadəcə olaraq, ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər və hələ də ədalət qarşısında cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq göstərmir”.
Deputat qeyd edib ki, Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər: “Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm, hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır. Dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanları qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Bu məsələdə gənclərin üzərinə çox böyük missiya düşür”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]