altun.az

Deputatdan əxlaqsız şagird olayına reaksiya

12-02-2018, 19:02

Deputatdan əxlaqsız şagird olayına reaksiya

Məktəblərdə şagirdlərlə təlim-tərbiyə ilə bağlı söhbətlər aparılmalıdır.

Bu sözləri Axar.az-a Bakı şəhərindəki 132-134 Təhsil Kompleksində baş vermiş hadisə ilə bağlı danışan Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib. Millət vəkili bildirib ki, hazırda hadisənin nəticəsi haqqında danışılmasından çox, gələcəkdə bu kimi halların qarşısının alınması ilə bağlı tədbirlərin görülməsi daha vacibdir:

“İlk növbədə orta məktəblərdə təlim-tərbiyə işləri gücləndirilməlidir, şagirdlərin valideynləri ilə bu haqda söhbətlər aparılmalıdır. Çünki yeniyetməlik dövrü ən pis keçid dövrü hesab edilir. Valideynlər də evdə uşaqları ilə yaxından məğul olmalıdır. Sözügedən təhsil müəssisəsində baş vermiş olayda təkcə məktəb günahkar deyil. Düzdür, məktəbin günahı var. Hadisənin dərs vaxtında və ya dərsdən sonra baş verməsi məsələsi aydınlaşdırılmalı və məsələyə hüquqi qiymət verilməlidir.

İkincisi, həmin şagirdlərin valideynləri də günahkardır. Yeniyetməlik dövründə oğlan uşağı ilə atası, qız uşağı ilə anası ciddi məşğul olmalıdır. Bu, çox önəmlidir.

Üçüncüsü, saytlarda hadisə ilə bağlı intim videonun yayımlanmasının qəti əleyhinəyəm. Çünki valideynlər övladlarına daim nəzarət edə bilmirlər, həmin videoya azyaşlılar da baxa bilərlər”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan C.R. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

C.R istintaq müddətində məhkəmənin qərarı ilə 3 aylıq həbsə məhkum edilib. Hazırda o, Kürdəxanı təcridxanasındadır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com