Impera

XƏBƏR LENTİ
23:15İtkin düşən kapitanın axtarışları dayandırıldı23:10İlham Əliyev güc strukturlarına üç ay vaxt verdi – İslahat...23:04"Anormal, standart talançı, görməmiş"...- Nikol Azərbaycan dilində danışdı - Video21:23ŞOK: Bakıda misli görünməmiş restoran – HEÇKİM İNANMIR - FOTO19:13İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı18:58Türkiyə terrorçularla əlaqəli holland jurnalisti deportasiya etdi18:33Ölkədə yaşanan bütün proseslər dövlət çevrilişini yaxınlaşdırır.18:17Bayıl qəsəbəsində işıq dirəyi yük maşınının üstünə aşıb.17:47Usubov müşavirə keçirdi, tapşırıq verdi - Foto17:42Novxanı bələdiyyə sədri oğru ilə əlbirdir?10:29Gürcüstanda dövlət bayrağı endirildi - Sayğı10:24İŞİD ABŞ hərbçilərinə hücum etdi: 18 ölü...10:01İsrail "qaşınır" - ABŞ-dan sonra...09:55Ukraynada prezidentliyə namizədlərdən biri korrupsiyaya görə həbsdə olmuş azərbaycanlıdır23:38Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitinə hazırlaşır - Lavrov23:29Bakıda ZƏLZƏLƏ OLMAYACAQ - Rəsmi açıqlama23:06Biz Lavrovdan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - XIN22:55Əgər Tramp geri dursa, bu, İŞİD-in qələbəsi olacaq - Ərdoğan17:38General-leytenant Ayk Kotancyan Paşinyanı hədələdi - Pis olacaq17:12Rəsulzadənin barelyefi tapıldı- Bələdiyyə "oğurlayıbmış"16:56Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam16:51Qırğızıstanda rus dilinin ləğvi təklif edildi16:47Xəstəxanalar da tam hazır vəziyyətə gətirildi- Nazirlik16:43Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət16:36Menbiçdə dəhşətli partlayış: 5 ABŞ hərbçisi öldü13:39Əgər konkret detallar razılaşdırılsa....- Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır13:32Paşinyanla Əliyev arasında heç bir fikir ayrılığı yoxdur – Ruben Rubinyan13:15Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat10:11ABŞ-dan Venesuelaya zərbə-Legitim saymır...10:06Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər09:48Dövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi09:40ABŞ Rusiya silahının gücünü qiymətləndirə bilmir-Devid Aks22:44Avtobus gözləyərkən, hərəkətdə olarkən... - XƏBƏRDARLIQ22:36Türkiyə qərarında qətidir - S-400...22:27İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS22:16Sürəti saatda 70 km-ə çatan külək Türkiyədə fəsad törətdi22:10Fərəh Əliyeva komissiya sədri, nazir Əbülfəs Qarayev isə onun müavini təyin edildi - Fərman21:55Ukrayna gəmiləri Kerçdən keçəcək - NATO və ATƏT...21:49Paşinyan Gürcüstana qeyri-rəsmi səfər etdi - Foto09:586 saatdan az, 8 saatdan çox yatan insanların "baş bəlası"- Təhqiqat09:47İŞİD döyüşçüləri Nigeriyanın şimal-şərqində Ran şəhərini ələ keçiriblər.09:34Usubov generalların yerini dəyişdi - Yeni təyinat09:21ABŞ NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir - Çokar09:13Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu "Cənub cəbhəsi"-nin hədəfindədir - Cingiz Tomar00:08Tramp Ərdoğanla Suriya ilə bağlı razılığa gəldi00:04Bakı Azərbaycanın paytaxtıdır, yoxsa?.. - Tahir Kərimli23:35PKK AB üçün tamamilə terror qruplaşmasıdır - Qərar23:27"Araz Əlizadə də səviyyəsiz, hədsiz dərəcədə barbardır" - Zərdüşt Əlizadə21:11ABŞ PYD-nin təhlükəsizliyini təmin etmədən Suriyadan çıxan deyil - PKK dövləti yaradılır - Ekspert20:56Sürücüm tualetdə olub,.. mənə qarşı kim bunu edib... - Azərbaycanlı müğənni20:02Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO19:56CHP oynanılan böyük oyunu görmürsə... - Qurtulmuş19:52Rusiya-Ukrayna müharibəsi...- Xəfiyyə19:47Bıçaqlanan mer xəstəxanada öldü15:293 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar14:26Belə qeyrətsiz adamı, yaxşı ki, öldürdüm - Məhkəmə istintaqı...14:19Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı13:42İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto13:38Boltonun İrana zərbə endirmək təklifi provokasiyadır - ABŞ MN12:11İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur - Trampın təhdidinə cavab - Video12:06Bakı bulvarından BDU-ya - Maraqlı təyinat12:02İrəvanda kürd əsilli deputat yeni parlamentin açılışını etdi11:54İranda "Boinq 707" yük təyyarəsi qəzaya düşdü- 10 ölü - Foto/Video11:45YUNESKO ensiklopediyasına düşən alimimiz11:3327 yaşlı gənci taksidə döyüb öldürdülər - Dəhşət20:35Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi20:27Bakıda dəhşətli qəza, ölənlər var20:12ABŞ Qətərdə hərbçilərinin sayını artırır20:09İngilislər Rayan Babel üçün Türkiyəyə 2 milyon avro ödəyəcək20:04İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova19:59Avropada böyük müsəlman dövləti yaranır-Balkan böhranı15:57Gürcüstanda Azərbaycanlı qız anasını onu bıçaqlamağa vadar edib14:24Şirvanda iki avtomobil toqquşdu — Yaralılar var14:16Azərbaycan da FETÖ-çu generalı istintaqa cəlb etdi14:08Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır: Dünya liderliyini itiririk - İvo Daalder14:02Adnan Oktar həbsxana şəraitindən Ərdoğana məktub ünvanladı13:57Biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq - Heydər Əliyev Hafiz Əsəddən...istəyib13:42Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik12:57Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə etmək niyyətində deyil - “Nəşnl İnterest”12:50Knyazın qəbri də Varfolomeyə verilir - Ukrayna22:18Ramil Usubovdan komandirlərə tələb - Foto22:11Rusiyanın kosmosla əlaqəsi kəsildi21:26Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...21:21Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir - Tramp18:52Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı18:48DGK-nın iki vəzifəli əməkdaşı həbs olundu18:37Pompeo Obamanı təhqir etdiyinə görə utanmalıdır – Brennan18:28"Nəticələrini gözləməyə çağırıram" -Azay Quliyev Mehmanla bağlı müraciət yaydı13:46Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı13:28Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı13:25Zaxarova 1941-də bir almanı SSRİ-yə gəldiyinə görə Sibirə göndərərdi - Kamran Rüstəmov13:15"Dərviş" Parisi partlatdı - Foto10:24ABŞ hərbi gəmilərini Suriyaya göndərdi10:21BDU-nun kafedra müdiri dünyasını dəyişdi09:46Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq — VİDEO09:40Trampın Davos İqtisadi Forumundan imtinası dünya ölkələrinə ciddi bir mesajdır.09:29Xarici diplomatlar Mehmanla görüşdülər - Foto00:18DGK dövlət büdcəsinə 3 milyard köçürdü - Səfər Mehdiyev00:12Prezident olan kimi onların əllərini kəsəcəyəm - Namizəd14:33Rusiya: ABŞ bu ölkəyə müdaxilə edir
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA

29 noy 2017, 15:22   
Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA

“Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması barədə ayəyə rast gələ bilməzsiniz”. Bu fikirlərin müəllifi ilahiyyatçı Elşad Miridir. O, bu fikirləri ətrafında müzakirələr səngiməmiş sosial şəbəkədə yeni bir video-müraciət yayıb. E.Miri bu müraciətilə yeni bir müzakirənin əsasını qoyub. Belə ki, ilahiyyatçı islamda sehr, siğə və ölüyə Quran oxunmaması ilə bağlı suallara cavab verəcək kitab yazdığını deyib.
Digər məsələlər barədə fikirlər müəyyən qədər aydın olsa da, ölü üçün Quran oxunmamasının müzakirəyə ehtiyacı var. Yas məclisində Quran oxunmamalıdırmı? Oxunan Quranın ölü üçün hər hansı əhəmiyyəti varmı? Kimi suallara həm ilahiyyatçının özü, həm də həmkarları və din xadimlərindən fikir öyrəndik.
İlahiyyatçı Elşad Miri Publika.az-a açıqlamasında fikirlərini belə əsaslandırıb:
“Qurani Kərim” insanlara yol göstərmək üçün nazil olunub və O sanki bir xəritədir. Amma biz bu xəritəni aparıb ölülərimizə oxuyuruq. Bu nə qədər doğrudur? Dəfələrlə şahidi olmuşam ki, insanlar yas məclisində, habelə telekanallarda Quran ayələri qəşəng avazla oxunanda hətta ağlayıblar. Halbuki, həmin ayədə qadınların boşanandan sonra bir müddət gözləməsindən danışılır, ya da “Bəqərə” surəsi oxunur və ər-arvad arasındakı intim münasibətdən bəhs edilir. İnsanların bu sözlərə ağlaması təəccüb doğurur. Azərbaycanda ən çox yayılan adət ölünün arxasında “Yasin” oxunmasıdır. Bu surədə Günəşin hərəkət istiqaməti, 70-ci ayəsindən Quranın diriləri xəbərdar etmək üçün gəldiyindən bəhs edilir. Belə olan halda O necə ölülər üçün oxuna bilər? Quranda peyğəmbərimizə belə buyrulub ki, sən bu sözləri ölülərə eşitdirə bilməzsən. Peyğəmbərin eşitdirə bilmədiyini bizim mollalar bir az pul alan kimi yaxşı eşitdirir. Peyğəmbərimizin vəfat etmiş arvadı, uşaqları, yaxınları üçün bütün günü Quran xətm etməsi barədə heç bir məlumat yoxdur. Amma bu gün mollalar ölü üçün Quranı 40 gün ərzində xətm edirlər. Xətm zamanı bütün ayələr, həmçinin əvvəldə sadaladıqlarım da oxunur. Təsəvvür edirsiniz, həmin ayələrdə həm də “borc verərkən onu yazın” kimi ifadələr də yer alır”.
E.Miri iddia edir ki, insanlar Quranı Azərbaycan dilində oxusa yas məclisi anlayışı aradan çıxar, dini biznes halına gətirənlərin də işi pozular:
“Bu zaman həm də insanlar dinə fərqli yanaşacaq. Maraqlanacaq ki, nə üçün ateizmi təbliğ edən SSRİ ölülərlə bağlı dini ayinləri yerinə yetirməyə icazə verib. Çünki Sovet dövləti də Quranının diri yox, ölülər üçün oxunan kitab halına gətirilməsini, müsəlmanların ondan istifadə edə bilməmələrini istəyirdi. İslamda nə yas məclisi, nə də ölünün arxasından Quran oxunması deyə bir ənənə var. Yas məclisində Quran Azərbaycan dilində oxunsa, insanlar onu daha yaxşı anlayar. Lakin insanların Quran oxuması, dinləməsi üçün mütləq yas məclisinə getməsinə ehtiyac yoxdur. Peyğəmbərimiz də vəfat edəndə yas məclisi qurulmayıb. Bu ənənə sonradan meydana çıxıb vədindən biznes kimi istifadə edən insanlar da onu peşə halına gətirib”.
İlahiyyatçı alim Nəriman Qasımoğlu bu məsələyə iki fərqli yanaşmanın olduğunu deyir. Hansının doğru olduğunu müəyyən etmək üçün isə alim araşdırmağı vacib sayır:
“Bəziləri peyğəmbər dövründə belə bir ənənənin olmadığını deyir. Bu məsələni araşdırmaq lazımdır. Araşdırmadığıma görə konkret fikir deyə bilmirəm. Lakin tarixən bu ənənə olub və bu gün də davam edir. “Qurani-Kərim”in özünə və məsələnin mahiyyətinə baxaraq bunu araşdırmaq, müəyyən səpkidə tənqidi yanaşmaq mümkündür. Ənənələr zamanla dəyişir, qalan isə mahiyyətdir. Məsələnin mahiyyətinə gəldikdə dünyasını dəyişmiş şəxsin günahını azaltmaq üçün onların ruhuna Quran oxunması və onun vasitəçi kimi göstərilməsi ənənəsi çox qədimdir. İnsanlar inanır ki, ilahinin göndərdiyi vəhyləri oxuyanda ona xoş gedən məzmunda olar və ruhu bağışlana bilər. Xətm duasında ölünün ruhuna hədiyyə olsun deyə oxunur. Yas məclislərində oxunan Yasin surəsində “Bu oxunan kitabın sağ olan kimsələrdən ötrüdür” ifadəsi keçir. Yəni bunun faydası sağ olanlar üçündür. Əslində yas məclisində Quran oxunmasına etiraz edənlərə qarşı çox zaman bu ifadə səsləndirilir. Bununla da yas məclisində Quran oxunmasının vacibliyi əsaslandırılır və onu dinləyənlər üçün təbliğ edildiyi bildirilir”.
Lakin N.Qasımoğlu hesab edir ki, yalnız oxunan Quran dinləyənlər tərəfindən anlaşıldıqda bu əsaslandırma özünü doğrulda bilər:
“Yas məclisində Quran oxunmasını tamamilə ləğv etmək doğru deyil. Çünki bu həm də kitabın bir təbliğat vasitəsidir. Amma ərəb dilində oxunan hikmətlər isə dinləyənlərə çatmır, bu zaman deyilənlərin də heç bir mənası olmur. Birdən-birə bu ənənəni ləğv etməkdən danışmaq doğru deyil. Bunun üçün maarifləndirmə lazımdır. İnsanlar məsələnin mahiyyətinə vardıqca, bu ənənə ayələrin ana dilində avazsız oxunması ilə əvəzlənə bilər. Bu zaman insanların dinə münasibəti də dəyişər, insanların şüuru işığa açılar. Çünki bütün vəhylər, yas məclisində Quranın oxunmasının insanlıq üçün olduğunu anlaşılar. Bu ənənənin gələcəyinə inanıram. Zaman-zaman başqa dinlərdə də islahatlar aparılıb. İnsanların inancına tələblə müdaxilə nəticə vermir. Yalnız islahatçılıq ideyaları yayılandan sonra insanlar xoşgörü ilə qarşılayıb inanclarında saf-çürük edə bilirlər. Biz də bu məsələyə öz töhfəmizi verməliyik”.
Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsindən Publika.az-a verilən məlumatda bildirilir ki, İslam dininə görə, kainatın ən şərəfli varlığı olan insan dünyada yaşayarkən nə qədər hörmət və ehtirama layiqdirsə, dünyadan köçəndən sonra da bir o qədər hörmət və ehtirama layiqdir: “Bu mənada Peyğəmbərimiz (s.ə.v.) mütəmadi olaraq Mədinədəki Bəqi qəbiristanlığına gedər və orada dəfn olunmuş ölülər üçün Uca Allahdan bağışlanma və məğfirət dinləyərdi. Rəsulullahdan (s.ə.v.) nəql olunmuş hədislərə görə, ölülərə Quran oxumaq olar. Məsələn, bir hədisdə Peyğəmbər (s.ə.v.) belə buyurub: “Ölülərinizə “Yasin” surəsini oxuyun”. Azərbaycan müsəlmanları da bu qədim ənənəni tarix boyunca yaşadıb”.