altun.az

Zakir Həsənov Belarusa səfərə hazırlaşır – FOTO

25-09-2017, 20:30

 Zakir Həsənov Belarusa səfərə hazırlaşır – FOTO


Sentyabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

Altun.az-ın xəbərinə görə, bu barədə məlumat bazar ertəsi, sentyabrın 25-də, Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin yaxın vaxtlarda Azərbaycanın Müdafiə nazirinin Belarusa planlaşdırılan səfərinin detallarını və keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələləri də müzakirə ediblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 359 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com