altun.az

Spikerdən Zahid Oruca: Heç qorxağa oxşamırsan...

2-05-2017, 15:47

Spikerdən Zahid Oruca: Heç qorxağa oxşamırsan...

Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş olarıq.
Altun.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır:
“Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır”.
Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: “Heç qorxağa oxşamırsan, görürsən, danışırsan”.
Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: “Layihədə “kobud pozuntu” ifadəsinə rast gəlinir. Bu nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 573 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com