altun.az

Türkiyədən ABŞ-a SƏRT ETİRAZ

21-03-2017, 18:28

Türkiyədən ABŞ-a SƏRT ETİRAZ

“ABŞ İstanbuldakı beynəlxalq hava limanındakı vəziyyəti başqa ölkələrdəki hava limanlarla qarışdırmasın”.
Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa İstanbul da daxil olmaqla, Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. Ə. Arslan isə bildirib ki, Türkiyə beynəlxalq hava limanlarında təhlükəsizliklə bağlı bütün tədbirləri həyata keçirir: “ABŞ-ın bu addımı doğru deyil. Məsələ ilə bağlı ABŞ-ın müvafiq orqanları ilə müzakirələr aparılır. Elektron qurğular təyyarədə sərnişinlərin daha komfort, rahat şəraitdə uçuşunda rol oynayır. İstanbuldakı beynəlxalq hava limanlarından il ərzində 80 milyona qədər insan istifadə edir. Bu qadağanın tətbiqi hava limanlarında sərnişinlərin sayının azalmasına səbəb olacaq”.
Qeyd edək ki, Şimali Afrika və Yaxın Şərqdə 8 ölkənin beynəlxalq aeroportundan ABŞ-a uçan təyyarələrin göyərtəsində elektrik qurğularının daşınmasına müvəqqəti qadağa qoyulacaq. Elektron qurğuların daşınmasına qoyulacaq müvəqqəti qadağa Misir, İordaniya, Küveyt, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq aeroportlarından ABŞ-a uçacaq təyyarələri əhatə edəcək. ABŞ-ın Nəqliyyat üzrə Təhlükəsizlik Administrasiyası aviaşirkətləri bu barədə bu gün məlumatlandıracaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 574 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]