altun.az

Ayaz Mütəllibov: “Prezidentin Fransaya səfəri erməni diasporunun işini sarsıdıb”

15-03-2017, 19:14

Ayaz Mütəllibov: “Prezidentin Fransaya səfəri erməni diasporunun işini sarsıdıb”

“Prezident İlham Əliyevin Fransaya səfəri böyük əhəmiyyət kəsb edir”.
Altun.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov bildirib.
A.Mütəllibov deyib ki, Fransa güclü və nüfuzlu Avropa İttifaqı dövlətidir:
“Fransa Avropa Birliyinin iki ən güclü dövlətindən biridir. Ona görə də mütəmadi olaraq Fransa ilə geniş əlaqələr qurmaq Azərbaycana fayda gətirər. Bu amildən hər zaman yaralanmaq lazımdır”.
A.Müəllibov qeyd edib ki, indi Azərbaycan da nüfuzlu dövlətdir:
“Ona görə də səfər zamanı Prezident İlham Əliyevin bəzi məsələləri Fransa tərəfinin diqqətinə çatdırmasının böyük əhəmiyyəti var. Əminəm ki, Azərbaycan prezidentinin qaldırdığı məsələni Fransa tərəfi dinləyəcək və işğal altında olan torpaqlarda qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı azalacaq”.
Fransanın ermənipərəst dövlət olması məsələsinə də toxunan A.Mütəllibov bildirib ki, Fransanı öz əməllərinə şərik edən erməni diasporudur:
“Açıq demək lazımdır ki, erməni diasporu çalışqandır. Ermənilər hansı dövlətlərlə iş aparmağı bilirlər. Fransa Avropanın güclü və nüfuzlu dövləti olduğu üçün, indiyədək ermənilər bundan özləri üçün yaxşı istifadə ediblər. Amma son zamanlar Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya mütəmadi səfərləri erməni diasporunun işini xeyli dərəcədə sarsıdıb. Ona görə də Fransanı sırf Ermənistanın tərəfində olan dövlət adlandırmaq olmaz. Hələ bilmək olmaz ki, Fransa kimin tərəfində olacaq. Əksinə, mən tövsiyə edirəm ki, Azərbaycan ilə Fransa arasında hərtərəfli əlaqələr genişlənsin, dövlət və qeyri-dövlət səviyyəsində münasibətlər inkişaf etdirilsin. Bu istiqamətdə tənbəllik etməməliyik. Bütün bunlar Azərbaycan dövlətinə yalnız fayda gətirə bilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 404 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com