altun.az

Çavuşoğlu beynəlxalq təşkilatlara şikayət etdi

12-03-2017, 15:49

Çavuşoğlu beynəlxalq təşkilatlara şikayət etdi

Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlu Hollandiya hökumətinin onu ölkəyə buraxmaması ilə bağlı qərarından beynəlxalq qurumlara şikayət edib.
Altun.az xarici mətbuata istinadən xəbər verir ki, Çavuşoğlu Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Duncan, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogerini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt və digər beynəlxalq təşkilartların rəhbərləri ilə telefon əlaqəsi saxlaylıb. XİN rəhbəri onları hazırki vəziyyətlə bağlı məlumatlandırıb.
Çavuşoğlu Hollaniyanın yalnış addım atdığını, buna görə Türkiyənin qarşısında cavab verəcəyini bildirib.
Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 446 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com