altun.az

Türkiyənin baş naziri Angela Merkel ilə görüşdü

18-02-2017, 23:35

Türkiyənin baş naziri Angela Merkel ilə görüşdü

Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyanın Münhen şəhərində keçirilən 53-cü "Beynəlxalq Münhen Təhlükəsizlik Konfransı"nda iştirak edib.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, Binəli Yıldırım Almaniyanın kansleri Angela Merkel ilə görüş keçirib. Tərəflərin görüşü "Bayerischer Hof" otelində qəhvəaltı süfrəsində baş tutub. Görüş bağlı qapılar arxasında keçirilib və 50 dəqiqə davam edib.

Görüşdə Aİ naziri və baş müzakirəçi Ömer Çelik, xarici işlər naziri Movlud Çavuşoğlu, gənclər və idman naziri Akif Çağatay Kılıç, milli müdafiə naziri Fikri İşık və Türkiyənin Berlindəki səfiri Ali Kemal Aydın da iştirak edib.

Yıldırım və Merkel növbəti mərhələdə dialoq və əməkdaşlığın davam etdirilməsi məsələsində razılığa gəliblər. Baş nazir Binəli Yıldırım Avropanı da maraqlandıran İŞİD, FETÖ və PKK terror qruplaşmaları ilə mübarizə məsələsində dost və müttəfiq Almaniya ilə əməkdaşlıq məsələsində ümidlərinin olduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 447 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com