altun.az

Bahar Muradova jurnalistləri Milli Məclislə həmrəy olmağa çağırdı

17-02-2017, 12:24

Bahar Muradova jurnalistləri Milli Məclislə həmrəy olmağa çağırdı

“Azərbaycanda qısa müddətdə çox böyük uğurlar əldə olunub. Bu uğurların əksəriyyəti mətbuatla bağlıdır”.
Bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə aparıcı KİV-lərin rəhbərlərilə görüşü zamanı bildirib.
B.Muradova deyib ki, Milli Məclis mətbuatın işinə çox ciddi əhəmiyyət verir:
“Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var. Mətbuat üzərinə düşən işi yerinə yetirməkdədir. Hakimiyyətin vacib qanadlarından olan parlamentin fəaliyyətinin işıqlandırılması, parlament-media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik. Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırkı mərhələyə gəlib çıxıb”.
Vitse-spiker qeyd edib ki, həm millət vəkilləri, həm də jurnalistlər xalqın adından danışa bilir, onların hüquqlarını müdafiə edir:
“Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var. Bu günkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, yardıma ehtiyacımız olan məsələləri müzakirə etməkdir”.
B.Muradova ümummilli məsələlərdə jurnalistləri Milli Məclislə həmrəy olmağa çağırıb:
“Həm medianın, həm də Milli Məclisin böyük imkanları var. Biz istəyirik ki, bu imkanlar birləşsin və daha böyük uğurlara nail olaq”.
B.Muradova vurğulayıb ki, Azərbaycan mətbuatı yarandığı gündən indiyə kimi şərəfli bir yol keçib və öz inkişaf səviyyəsinə çatıb:
“Mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqımızın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb. Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.
B.Muraova Azərbaycan dövlətinin mətbuatın rolunu yüksək qiymətləndirdiyini söyləyib:
“Azərbaycan inkişaf edən ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 600 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]