altun.az

Donald Tramp Ağ Evə daxil oldu

20-01-2017, 21:26

Donald Tramp Ağ Evə daxil oldu

Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub. Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Prezidentliyinin sonuncu günü Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam”, deyə bildirib.

Qarşılanma mərasimində B.Obama D. Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb. Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 470 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com