altun.az

Yevda Abramov Rəbiyyət Aslanovanın müdafiəsinə qalxdı — QALMAQAL

19-01-2017, 23:30

Yevda Abramov Rəbiyyət Aslanovanın müdafiəsinə qalxdı — QALMAQAL

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Yevda Abramov həmkarı Tahir Kərimlinin əvvəlki illərdə komitənin fəaliyyətinin geri qalması ilə bağlı səsləndirdiyi fikirlərinə sərt şəkildə etiraz edib. D

eputat Yevda Abramov sözügedən fikirlərlə qəti razılaşmadığını bildirib:

“Mən 10 ildən çoxdur ki, bu komitənin sədr müaviniyəm və həmkarım Tahir bəy bizim zamanında yaxşı fəaliyyət göstərməməkdə və geridə qalmaqda ittiham edib. Mən deyirəm ki, məgər Milli Məclisin komitəsi fabrik və ya zavoddur ki, istehsalda geri qalsın?! Biz əvvəl də indiki kimi işləmişik. Düzdür, Bahar Muradova komitəyə sədr seçilməklə fəaliyyətimizə yeni nəfəs verdi. Ancaq biz o zaman da fəaliyyət göstərmişik. Ona görə də onun komitəsinin zamanında yaxşı fəaliyyət göstərməməsi ilə bağlı fikirləri ilə razılşamıram”.

Daha sonra Y.Abramovun bu fikirləri Tahir Kərimli tərəfindən etirazla qarşılanıb.

Komitə sədri Bahar Muradov isə məsələyə müdaxilə edərək deyib ki, kiminsə Milli Məclis şəxsi münasibətlərinin müzakirəsinə ehtiyac yoxdur:

“Hər dövrün öz tələbi var və komitə də dövrünə görə öz fəaliyətini qurub. Ona görə də bu məslələrə ehtiyac yoxdur”.

Xatırladaq ki, Bahar Muradavodan öncə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova olub. (olke.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 645 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com