altun.az

Netanyahu: “Məni devirmək istəyirlər”

17-01-2017, 13:21

Netanyahu: “Məni devirmək istəyirlər”

Mən bundan sonra da Likud Partiyası və İsrail dövlətinə rəhbərlik etmək istəyirəm.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.

“Son günlər mənə qarşı KİV-də böyük kampaniya aparılır. Bunun məqsədi isə rəhbərlik etdiyim hökumətin devrilməsidir. Sizin köməyinizlə bundan sonra hələ uzun illər İsrail dövlətinə rəhbərlik etmək niyyətindəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İsraildə Netanyahu hökumətinə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılar Netanyahunun istefasını istəyirlər. Üstəlik, Netanyahu hazırda polis tərəfindən rüşvət almaq şübhəsi ilə dindirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 548 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]