altun.az

Rusyanın Türkiyədəki yeni səfirinin adı açıqlandı

27-12-2016, 13:57

Rusyanın Türkiyədəki yeni səfirinin adı açıqlandı

Rusiyanın Privoljsk federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi Mixail Babiç Rusiyanın Türkiyədəki yeni səfiri olacaq.

Altun.az xəbər verir ki, bu haqda Kremlə yaxın mənbələrə istinadən “Dojd” telekanalı bildirib.

Mənbələrin məlumatına görə, təyinat yeni ildə olacaq. Telekanal qeyd edir ki, Rusiya parlamenti daha əvvəl Babiçin Ukraynaya səfir göndərilməsini bəyənib, amma Ukrayna tərəfi bu təyinatı rədd edib. Kiyev onda diplomatik təcrübənin olmadığını və Krımın Rusiyaya birləşməsi haqqında qərarın qəbul olunmasında iştirak etdiyini bildirib.

Babiçin təyinatı haqqında informasiyanı şərh edən Kremlin sözçüsü Dmitri Peskov bu barədə ilk dəfə eşitdiyini deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında sui-qəsdə məruz qalıb. Diplomat aldığı çoxsaylı güllə yaralarından xəstəxanada həyatını itirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 435 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com