altun.az

Sosial şəbəkədə yayılan şayiə İsrail-Pakistan arasında qalmaqala səbəb oldu

26-12-2016, 23:40

Sosial şəbəkədə yayılan şayiə İsrail-Pakistan arasında qalmaqala səbəb oldu

Sosial şəbəkələrdə yayılan bir xəbər Pakistanla İsrail arasında ciddi qalmaqala səbəb olub.

Altun.az xəbər verir ki, AWDN saytında yer alan xəbərdə İsrail müdafiə nazirinin bəyanatı yer alıb. Bəyanata əsasən, Pakistan tərəfindən Suriyaya hərbçilərin göndəriləcəyi təqdirdə İsrail Pakistanı nüvə silahı ilə məhv edəcək.

Bu dezinformasiyaya inanan Pakistanın müdafiə naziri Xavaja Asif "Twitter" hesabında İsrailli həmkarına mesaj yazıb.

Mesajda nazir qeyd edib: "Suriyada Pakistanın İŞİD-ə qarşı mübarizə aparacağı üçün İsrail müdafiə naziri axmaqcasına nüvə silahı ilə təhdidi edib. İsrail Pakistanın da nüvə dövləti olduğunu deyəsən unudub".

İsrail tərəfi isə xəbərin dezinformasiya olduğunu, müdafiə naziri Yaalonun əsla belə söz işlətmədiyini bildirib. Bu xəbərlər qətiyyən reallığı əks etdirmir.

İsrail tərəfindən açıqlama verildikdən sonra Pakistanın müdafiə naziri Asif ölkəsinin nüvə proqramının sırf müdafiə məqsədli olduğunu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 668 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]