altun.az

Netanyahu Azərbaycandadır

13-12-2016, 13:53

Netanyahu Azərbaycandadır

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb.

Altun.az-ın məlumatına görə, onu həyat yoldaşı Sara Netanyahu müşayiət edir.

Səfəri zamanı B. Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Görüşdə regional, habelə iqtisadi, təhlükəsizlik və diplomatik məsələlər müzakirə ediləcək.

Sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq. İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq.

İsrail baş naziri Şəhidlər Xiyabanını ziyarət edəcək və memorial kompleksə əklil qoyacaq.

B.Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Or avner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 630 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]