Impera

XƏBƏR LENTİ
23:15İtkin düşən kapitanın axtarışları dayandırıldı23:10İlham Əliyev güc strukturlarına üç ay vaxt verdi – İslahat...23:04"Anormal, standart talançı, görməmiş"...- Nikol Azərbaycan dilində danışdı - Video21:23ŞOK: Bakıda misli görünməmiş restoran – HEÇKİM İNANMIR - FOTO19:13İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı18:58Türkiyə terrorçularla əlaqəli holland jurnalisti deportasiya etdi18:33Ölkədə yaşanan bütün proseslər dövlət çevrilişini yaxınlaşdırır.18:17Bayıl qəsəbəsində işıq dirəyi yük maşınının üstünə aşıb.17:47Usubov müşavirə keçirdi, tapşırıq verdi - Foto17:42Novxanı bələdiyyə sədri oğru ilə əlbirdir?10:29Gürcüstanda dövlət bayrağı endirildi - Sayğı10:24İŞİD ABŞ hərbçilərinə hücum etdi: 18 ölü...10:01İsrail "qaşınır" - ABŞ-dan sonra...09:55Ukraynada prezidentliyə namizədlərdən biri korrupsiyaya görə həbsdə olmuş azərbaycanlıdır23:38Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitinə hazırlaşır - Lavrov23:29Bakıda ZƏLZƏLƏ OLMAYACAQ - Rəsmi açıqlama23:06Biz Lavrovdan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" - XIN22:55Əgər Tramp geri dursa, bu, İŞİD-in qələbəsi olacaq - Ərdoğan17:38General-leytenant Ayk Kotancyan Paşinyanı hədələdi - Pis olacaq17:12Rəsulzadənin barelyefi tapıldı- Bələdiyyə "oğurlayıbmış"16:56Məktəblərdə iki gün dərs olmayacaq - Sərəncam16:51Qırğızıstanda rus dilinin ləğvi təklif edildi16:47Xəstəxanalar da tam hazır vəziyyətə gətirildi- Nazirlik16:43Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət16:36Menbiçdə dəhşətli partlayış: 5 ABŞ hərbçisi öldü13:39Əgər konkret detallar razılaşdırılsa....- Paşinyan Qarabağla bağlı ilk legitim danışıqlara başlayır13:32Paşinyanla Əliyev arasında heç bir fikir ayrılığı yoxdur – Ruben Rubinyan13:15Məhəmmədəmin bəyin qəlblərdəki barelyefini oğurlamaq yüz ildir kimsəyə nəsib olmayıb.. – Deputat10:11ABŞ-dan Venesuelaya zərbə-Legitim saymır...10:06Ali təhsil müəssisəsi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər09:48Dövlət ali məktəblərinin nizamnaməsi təsdiqləndi09:40ABŞ Rusiya silahının gücünü qiymətləndirə bilmir-Devid Aks22:44Avtobus gözləyərkən, hərəkətdə olarkən... - XƏBƏRDARLIQ22:36Türkiyə qərarında qətidir - S-400...22:27İfrat təhlükəli hidrometeoroloji təhlükəylə bağlı Qərargah yaradıldı - SOS22:16Sürəti saatda 70 km-ə çatan külək Türkiyədə fəsad törətdi22:10Fərəh Əliyeva komissiya sədri, nazir Əbülfəs Qarayev isə onun müavini təyin edildi - Fərman21:55Ukrayna gəmiləri Kerçdən keçəcək - NATO və ATƏT...21:49Paşinyan Gürcüstana qeyri-rəsmi səfər etdi - Foto09:586 saatdan az, 8 saatdan çox yatan insanların "baş bəlası"- Təhqiqat09:47İŞİD döyüşçüləri Nigeriyanın şimal-şərqində Ran şəhərini ələ keçiriblər.09:34Usubov generalların yerini dəyişdi - Yeni təyinat09:21ABŞ NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərini çox diqqətli bir şəkildə ölçüb-biçməlidir - Çokar09:13Türkiyə də ABŞ tərəfindən yaradılan və İsrailin də fəal olduğu "Cənub cəbhəsi"-nin hədəfindədir - Cingiz Tomar00:08Tramp Ərdoğanla Suriya ilə bağlı razılığa gəldi00:04Bakı Azərbaycanın paytaxtıdır, yoxsa?.. - Tahir Kərimli23:35PKK AB üçün tamamilə terror qruplaşmasıdır - Qərar23:27"Araz Əlizadə də səviyyəsiz, hədsiz dərəcədə barbardır" - Zərdüşt Əlizadə21:11ABŞ PYD-nin təhlükəsizliyini təmin etmədən Suriyadan çıxan deyil - PKK dövləti yaradılır - Ekspert20:56Sürücüm tualetdə olub,.. mənə qarşı kim bunu edib... - Azərbaycanlı müğənni20:02Abşeronda yeniyetmə qız yoxa çıxıb - FOTO19:56CHP oynanılan böyük oyunu görmürsə... - Qurtulmuş19:52Rusiya-Ukrayna müharibəsi...- Xəfiyyə19:47Bıçaqlanan mer xəstəxanada öldü15:293 günlük körpəni qəbiristanlığa atan ana... – Detallar14:26Belə qeyrətsiz adamı, yaxşı ki, öldürdüm - Məhkəmə istintaqı...14:19Polis özbaşınalığına etiraz olaraq, daha bir vətəndaş özünü yandırdı13:42İlham Əliyev və xanımı yeni xəstəxananın açılışında - Foto13:38Boltonun İrana zərbə endirmək təklifi provokasiyadır - ABŞ MN12:11İŞİD-in PKK və YPG ilə heç bir fərqi yoxdur - Trampın təhdidinə cavab - Video12:06Bakı bulvarından BDU-ya - Maraqlı təyinat12:02İrəvanda kürd əsilli deputat yeni parlamentin açılışını etdi11:54İranda "Boinq 707" yük təyyarəsi qəzaya düşdü- 10 ölü - Foto/Video11:45YUNESKO ensiklopediyasına düşən alimimiz11:3327 yaşlı gənci taksidə döyüb öldürdülər - Dəhşət20:35Azərbaycanda həyatdan bezdirilən polis özünü güllələdi20:27Bakıda dəhşətli qəza, ölənlər var20:12ABŞ Qətərdə hərbçilərinin sayını artırır20:09İngilislər Rayan Babel üçün Türkiyəyə 2 milyon avro ödəyəcək20:04İkitərəfli hərbi-texniki əməkdaşlıq suveren dövlətlərin haqqıdır - Zaxarova19:59Avropada böyük müsəlman dövləti yaranır-Balkan böhranı15:57Gürcüstanda Azərbaycanlı qız anasını onu bıçaqlamağa vadar edib14:24Şirvanda iki avtomobil toqquşdu — Yaralılar var14:16Azərbaycan da FETÖ-çu generalı istintaqa cəlb etdi14:08Donald Trampın qərarları sayəsində dünyada hakimiyyət vakuumu yaranır: Dünya liderliyini itiririk - İvo Daalder14:02Adnan Oktar həbsxana şəraitindən Ərdoğana məktub ünvanladı13:57Biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq - Heydər Əliyev Hafiz Əsəddən...istəyib13:42Suriya və başqa ölkələrdə minlərlə hədəfə hücum təşkil etmişik12:57Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə etmək niyyətində deyil - “Nəşnl İnterest”12:50Knyazın qəbri də Varfolomeyə verilir - Ukrayna22:18Ramil Usubovdan komandirlərə tələb - Foto22:11Rusiyanın kosmosla əlaqəsi kəsildi21:26Haqq verilmir, alınır - Fransada 32 min etirazçı...21:21Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir - Tramp18:52Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı18:48DGK-nın iki vəzifəli əməkdaşı həbs olundu18:37Pompeo Obamanı təhqir etdiyinə görə utanmalıdır – Brennan18:28"Nəticələrini gözləməyə çağırıram" -Azay Quliyev Mehmanla bağlı müraciət yaydı13:46Azərbaycana ilin ilk medallarını karateçilər qazandırdı13:28Ölkənin adı dəyişdirildi, müxalifət ayağa qalxdı13:25Zaxarova 1941-də bir almanı SSRİ-yə gəldiyinə görə Sibirə göndərərdi - Kamran Rüstəmov13:15"Dərviş" Parisi partlatdı - Foto10:24ABŞ hərbi gəmilərini Suriyaya göndərdi10:21BDU-nun kafedra müdiri dünyasını dəyişdi09:46Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq — VİDEO09:40Trampın Davos İqtisadi Forumundan imtinası dünya ölkələrinə ciddi bir mesajdır.09:29Xarici diplomatlar Mehmanla görüşdülər - Foto00:18DGK dövlət büdcəsinə 3 milyard köçürdü - Səfər Mehdiyev00:12Prezident olan kimi onların əllərini kəsəcəyəm - Namizəd14:33Rusiya: ABŞ bu ölkəyə müdaxilə edir
BÜTÜN XƏBƏRLƏR

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Heydər Əliyevin "Saşa"sı danışdı - FOTOLAR

12 dek 2016, 11:05   
Heydər Əliyevin "Saşa"sı danışdı - FOTOLAR

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir. Ümummilli lider Heydər Əliyevin aramızdan getməsi Vətənini sevən hər bir azərbaycanlı üçün son dərəcə böyük itkidir. Azərbaycan xalqı bu müddətdə bütün mənalı ömrünü respublikanın tərəqqisinə həsr etmiş böyük oğlunu heç zaman unutmayıb.
Təbii ki, bu dahi tarixi şəxsiyyətin fəaliyyətinin hər dövrü Azərbaycanın XX əsrinin son 50 illik tarixinin inkişaf mərhələsinin əsasını təşkil edir. Ulu öndərin hakimiyyətinin ilk dövründə xalqın gələcəyi üçün çalışan şəxsiyyətin şəxsi təhlükəsizliyinin qorunması mühüm şərtdir. Ömrünün üst-üstə 30 ilini bu işə sərf edən insanların yada salınması, onların o dövrə aid xatirələri indiki və gələcək nəsillərə çatdırmaq ən azından mənəvi borcumuzdur.
Altun.az Ans-press-in 2014-cü ildə Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru, əslən bakılı Aleksandr Alekseyeviç İvanovdan aldığı müsahibəni təqdim edir:
- Sizinlə görüşmək çox xoşdur. Çox xoşbəxtsiniz ki, Azərbaycan xalqının lideri Heydər Əliyevlə çalışmısınız, onun təhlükəsizliyinin qorunmasında əməyiniz olub. O günləri necə xatırlayırsınız?

- Tale uzun illər boyu belə bir dahi şəxsiyyətin yanında olmağa imkan verdiyi üçün özümü xoşbəxt hiss edirəm. Bu, mənim üçün çox böyük uğurdur. Ən əsası, bu illər ərzində mən onun yanında həyat və müdriklik məktəbi keçdim. Nə hər hansı ali təhsil, nə magistratura təhsili, nə də hazırda insanların aldığı çoxsaylı ad və dərəcələr bununla müqayisə oluna bilər. Cəmi 28 yaşında mən belə bir böyük insanın yaxın əhatəsinə daxil oldum. Bu insanın və onun gözəl ailəsinin mənim və ailəmin həyatında hansısa iz qoyduğunu həm bu illər ərzində, həm də indi – necə deyərlər, yaşımın ən yüksək nöqtəsində, böyük məmnuniyyətlə qeyd edirəm.

Xüsusilə 1982-87-ci illər arasında, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin şəxsi mühafizəsinin rəhbəri olduğum dövr haqqında danışarkən məmnuniyyətlə qeyd edirəm ki, mənim peşə borcum belə bir böyük, özümə yaxın saydığım bir insanın həyatını qorumaq olub. Dövlət Təhlükəsizlik Komitəsinin ən aşağı vəzifəsindən başlayaraq, Azərbaycan SSR DTK sədrinin birinci katibi vəzifəsinə qədər yüksəlmiş və bu vəzifəni tutmuş ilk azərbaycanlı olan Heydər Əliyev peşəmizin bütün xüsusiyyətləri və bacarıqları haqqında hər şeyi bilirdi və bu səbəbdən öz təhlükəsizliyinin təmin edilməsi işinə bəzən özü başçılıq edirdi.

Dəfələrlə qeyd etmişəm ki, hər hansı kiçik səhv, yaxud peşə öhdəliklərinə qeyri-peşəkar yanaşma Heydər Əliyevin gözündən yayınmırdı. Onun yanında olduğum bütün dövr ərzində başa düşürdüm ki, onun özünə və iş fəaliyyətinə qarşı tələbkarlığı onun meyarlarından aşağı ola bilməz.
- Məlumdur ki, ulu öndərin dünyasını dəyişməsindən 11 il ötür. Təbii ki, bu, hər birimiz, həmçinin xalqımız üçün böyük itki oldu, hamını kədərləndirdi. Siz bu itkini necə dəyərləndirərdiniz?

- Təbii ki, 2003-cü il dekabrın 12-də mən də çox yaxın bir insanı itirmiş oldum. Tale elə gətirib ki, 12 dekabr tarixi mənim üçün ikiqat matəmdir. Talenin acı istehzası elə gətirib ki, bu il dekabrın 12-si anamın da vəfat etməsinin 3 ili tamam olur. İtki haqqında danışdıqda, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan sakini, hər bir azərbaycanlı və Heydər Əliyevi tanıyan hər bir şəxs üçün, bu, sözlə ifadə olunmaz bir itkidir. Bu, heç kim üçün sirr deyil.

Xalq onu həmişə sevib, dəyərləndirib, onun ölkə iqtisadiyyatı, insanların maddi rifahının və həyat şəraitinin yaxşılaşdırılması üçün verdiyi töhfələri daim qiymətləndirib. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının prezidenti olub. Məsələn, mən Moskvada tez-tez oluram. Orada da Heydər Əliyevi xatırlayır və yüksək qiymətləndirirlər. Məhz Heydər Əliyevin köməyi və diqqəti sayəsində Moskvanın prestijli rayonunda mənə mənzil verilib.

Moskvada gəzərkən və həmin dövrlərin şahidi olmuş insanlarla ünsiyyətdə olarkən, onların çoxunun Heydər Əliyevin fəaliyyəti barədə ürəkağrısı ilə danışdıqlarının şahidi oluram. Təbii ki, Moskva sakinlərinin onun əhəmiyyəti, şəxsiyyəti və talantı haqqında təsəvvürləri dəyişib. Çünki insanlar hələ də 1987-ci ili xatırlayırlar. Həmin vaxt Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ovaxtkı rəhbərliyi, ilk növbədə, Mixail Qorbaçov tərəfindən əsassız olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Bu hadisə onun gündəlik həyatına da təsirsiz ötüşməmişdi.

Mən 12 dekabr tarixini hər bir kəsin Heydər Əliyev şəxsiyyətinin əhəmiyyəti barədə Düşünmə Günü hesab edirəm. Onun 1969-cu ildən etibarən Azərbaycana rəhbərlik etməsi, sonradan Sovet hökümətinin rəhbər vəzifələrində çalışaraq Moskvada keçirdiyi illər və sovet rəhbərliyi tərəfindən ona qarşı edilmiş ədalətsizlikdən sonra siyasi fəaliyyətə qayıdışı hər bir Azərbaycan vətəndaşına 12 dekabr tarixinə fərqli baxması üçün əsas verir. Bu həm matəm günü, həm də insanların Heydər Əliyevin Sovet İttifaqı və xüsusilə də, müstəqil Azərbaycanın inkişafı üçün verdiyi töhfələri dərk etdiyi gündür. O, ölkəmizin çiçəklənməsi və rifahının yüksəlməsi üçün çox işlər görüb. Böyük iradə tələb edən “Əsrin müqaviləsi" və onun Azərbaycanda reallaşdırılması yalnız Heydər Əliyev sayəsində mümkün olub.
- Təbii ki, sizin çalışdığınız dövrdə Heydər Əliyevlə bağlı maraqlı anlar yaşanıb. Sizin yaddaşınızda qalan, heç yerdə deyilməyən xatirəniz varmı?

- Heydər Əliyevin iş həyatı ilə bağlı çoxlu məqamlar mövcuddur ki, onlar haqqında saatlarla danışmaq olar. Onun hər bir hadisəyə yanaşmada nümayiş etdirdiyi qeyri-adi düşünmə bacarığına heyranam. 1986-cı ildə Heydər Əliyev Novorossiyskdə “Admiral Naximov” teploxodunun batması və nəticədə, 460 nəfərin həlak olması ilə bağlı fövqəladə hadisəni araşdıran komissiyaya başçılıq edirdi. Onun rəhbərliyi altında çoxlu insanlar – nazirlər, nazir müavinləri çalışırdılar. Bu zaman son dərəcə heyrətamiz hadisə baş verdi. O, iclasların birində ölüm səbəbi xanasında “suda batmışdır” yazılmış ölüm haqqında şəhadətnamə blankı gördü.

Heydər Əliyev nazir müavinini yanına çağıraraq dedi: “Yazmısız ki, suda batmışdır. İndi bütün insanlar bilir ki, “Admiral Naximov” teploxodu batıb. 10 il sonra hər hansı sosial məsələni həll edərkən ölənlərin qohumlarına deyəcəklər ki, qohumunuz sərxoş olduğu üçün batıb”. Buna görə də hadisə nəticəsində vəfat etmiş şəxslərin hər birinin ölüm şəhadətnaməsində ölüm səbəbi kimi, “Admiral Naximov” teploxodunda baş vermiş faciəvi hadisə ilə suda batmışdır” qeyd olundu.

İnsanlara qayğı hər bir halda özünü göstərirdi. Milis, yaxud DTK əməkdaşlarının onun insanlarla ünsiyyətinə mane olması Heydər Əliyevi çox qıcıqlandırırdı. Onun gülümsəyərək insanlarla ünsiyyətdə olması xronikası hər birinizə yaxşı məlumdur. O ilk növbədə milislərin kənara çəkilməsinə göstəriş verirdi. DİN rəhbərliyi bundan narahat olurdu, bu səbəbdən mühafizəçilər bir çox hallarda gündəlik geyimdə olurdular.

O, insanlarla ünsiyyətdə olması çox istəyirdi, bu səbəbdən, əvvəlcədən müəyyən edilməmiş insan kütlələrindən yan qaçmırdı. Səfərlər zamanı o maşını saxlatdırır, insanlarla söhbət edir, onun həyat və iş şəraitləri barədə soruşurdu. Bu, Heydər Əliyevin əsas iş meyarı idi. Vəzifəsi onun mağazalara getməsinə və alış-veriş etməsinə imkan vermirdi. Bununla belə, onun sanki sual-cavab axşamları olurdu. Məsələn, Kremldən bağa gedirdisə, həmin 30-40 dəqiqə ərzində məhsullar və əmək haqqı barədə soruşub öyrənirdi.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 20-dək nazirliyə rəhbərlik edirdi və bu nazirliklərin hər birində onu özünkü kimi qəbul edirdilər. Nəqliyyat, Dəmir Yol Nazirliyində onu dəmiryolçu, Dövlət Teleradiosunda jurnalist hesab edirdilər. O, üzərinə düşən hər bir işi xırdalıqlarına qədər öyrənirdi. Onun iş günü heç vaxt norma üzrə olmayıb. O, Kremlə ən tez gələn rəhbərlərdən biri idi.

Bundan başqa, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin yerləşdiyi Kremlin birinci korpusunda işləyən rəhbərlərdən yeganə şəxs idi ki, nahardan sonra yuxusunu almırdı. Halbuki ondan əvvəlki rəhbərlər üçün bu, bir qayda idi. O həmçinin Kremli tərk edən ən sonuncu şəxslərdən biri, bəlkə də, birincisi idi. “Vremya” verilişinə işdə baxırdı.

Buna uyğun bir misal da gətirə bilərəm. Bir gün axşam saat 10-dan sonra evə qayıdırdıq. Heydər Əliyev işdən çıxarkən Kremlin çıxışında dayanan növbətçi hərbi salam verir və gülümsəyir. Soruşdum ki, nəyə gülümsəyirsən? Cavab verdi ki, Heydər Əliyev Stalindən sonra ilk rəhbər vəzifə tutan şəxsdir ki, işdən belə gec çıxır.

Ətrafdakı bütün insanlar onun işə necə can yandırdığını görürdülər.
- Deyilənə görə, o vaxt Heydər Əliyev Sabirabad rayonuna səfərdən qayıdanda sürücüdən su istəyib. Sürücü isə deyib ki, 2 qarpız götürüb maşına qoymuşam. Ulu öndər onu tənbeh edib və deyib ki, belə etmə. Sonra deyəcəklər ki, Heydər Əliyev buradan 2 maşın qarpız aparır. Belə əhvalat olubmu?

- Azərbaycan regionlarına turne zamanı biz Sabirabad rayonunda da olduq. O, bütün rayonlardan çıxanda maşının qabağında otururdu. İnsanların onu görməsi üçün və onu yola salanların hamısı ilə sağollaşmaq üçün şüşəni də aşağı salırdı. Sabirabaddan çıxanda maşını saxlatdırdı və mənimlə yerini dəyişdi. Mən qabağa keçdim, o isə arxada əyləşdi. Maşından düşəndə Heydər Əliyev su içmək istədi. Sürücü baqajı açanda orada iki qarpız var idi. Heydər Əliyev məndən soruşdu: “Bu qarpız sənindir?” Mən təəccüblə baxdım, çünki onun yanından heç ayrılmamışdım. Sürücü bildirdi ki, qarpızlar ona aiddir. Heydər Əliyev onları haradan götürdüyünü soruşduqda sürücü bazardan aldığını dedi. Heydər Əliyev kəskin və qəti olaraq ona müraciət edir: “Sən indi məni aldadacaqsan? Sən necə onları götürdün, hansı cürətlə bunu etdin? Bu iki qarpıza görə Əliyevin adına hədiyyə kimi iki maşın qarpız yazacaqlar”.

Bax o, belə həssas adam idi. Heydər Əliyev sürücünün dəyişdirilməsini tələb etsə də, həmin vaxt bunu etməyə imkan yox idi. İki saatlıq yolu Heydər Əliyev israrla və qəti surətdə sürücünün hərəkətini pislədi.

Mən 28 yaşından Heydər Əliyevin yanında olmuşam. Onu deyə bilərəm ki, hansısa təqdimatlar və ya hədiyyələr barədə danışıqlar ona aid deyil. O, yalnız əmək kollektivinin hədiyyələrinə qiymət verirdi və bu hədiyyələrin hamısını evə gətirirdi. Bunun üçün ayrıca yer ayrılmışdı.
- Lev Tolstoyun belə bir kəlamı var: "Güclü insanlar həmişə sadə olurlar." Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, o dövrdə indiki prezidentimizlə bağlı maraqlı məqamlar xatirənizdə varmı?
- Həqiqətən də, o, hər bir məsələdə sadə adam idi. O, bütün xırdalıqları başa düşürdü. Vəziyyətə və gələcəyə uzaqgörən baxış Heydər Əliyevin elə bil təbii xüsusiyyəti idi ki, bunun nəticəsində biz bu gün İlham Heydər oğlu Əliyev kimi rəhbərə malikik. Yenə də Azərbaycan regionlarına səfərlərə əsasən,- xronikadan olan bir çox fotolarda və televiziya materiallarında Heydər Əliyevə oxşayan cavan simanı görürük. Siz də bunu təsdiq edərsiniz. O, həmişə atası ilə birgə bu səfərlərə gedirdi. Bu səfərlər fiziki baxımdan çox ağır olurdu. İlham Heydər oğlu Əliyev atasının ZİL-ində yox, onun dalınca gedən Dövlət Təhlükəsizlik Komitəsinin qoruma maşınında olurdu. O vaxtı isə yollar indiki kimi deyildi. Toz, çirkli, bataqlıq idi. O, bu toz və çirkdə bütün operativ əməkdaşlar kimi çıxırdı. Regioanl və rayon yığıncaqlarında indiki kimi kondisioner olmurdu. Ən yaxşı halda hava üçün pəncərələr açılırdı. İlham Heydər oğlu bunlar baş verən zaman orda olurdu. Heydər Əliyevin işi zamanı o, həmişə yaxından iştrak edirdi.

Beləliklə, Heydər Əliyevin öz oğluna təlqin etdiklərini mən onun uzaqgörənliyi kimi qiymətləndirirəm. Bu gün bizim sahib olduğumuz rəhbərin hansı gücdə olduğu isə bütün dünyaya və hər bir Azərbaycan vətəndaşına bəllidir.
- Bu gün ölkəmizin inkişafı göz qabağındadır. Təbii ki, bu, öz-özünə yaranmayıb. Bu, məhz ulu öndərin oğlu, onun davamçısı, ölkənin indiki lideri İlham Əliyevin fəaliyyəti sayəsində baş verir. Bunu necə qiymətləndirirsiniz?

- İndi ölkəyə gələn hər bir kəs şəhər və regionlarda gedən inkişafı heyrətlə qarşılayır. Bu gün Azərbaycan dünyada iqtisadiyyatı və sosial məsələlər üzrə dünyada ilk pillələrdən birini tutur. Belə qısa müddət ərzində belə bir inkişaf tempi, bu cür qlobal obyektlərin tikintisi, hava limanında ucaldılmış 2 gözəl bina, şəhərə aparan gözəl yollar, Olimpiya stadionunun tikintisi, baxmayaraq ki onun tikintisinə heç 2 il deyil başlanılıb, artıq işıqlanma üzrə sınaq işləri aparılır. Dərnəgül yolu və hava limanı istiqamətində uzanan yol inrastrukturu - bütün bu işlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Çox sevindiricidir ki, bütün bunlar həm də ulu öndərin oğlu, onun davamçısı, ölkənin indiki lideri İlham Əliyevin fəaliyyəti sayəsində baş verir. Bu, ilk növbədə, insanlara göstərilən qayığının nəticəsidir.
Xatırladım ki, Heydər Əliyevin "Saşa"sının (Aleksandr İvanovun) ulu öndər haqqında ürək dolusu ilə danışarkən vaxtaşırı kövrəlməsi diqqətdən yayına bilməzdi. Çünki bu insani keyfiyyət ancaq və ancaq sədaqətli, qəlbi, vicdanı təmiz olan şəxslərə aid olan nümunədir və təqdirəlayiqdir.
Heydər Əliyevin "Saşa"sı danışdı - FOTOLAR
Heydər Əliyevin "Saşa"sı danışdı - FOTOLAR
Heydər Əliyevin "Saşa"sı danışdı - FOTOLAR
Heydər Əliyevin "Saşa"sı danışdı - FOTOLAR