altun.az

Müdafiə xərcləri niyə artırıldı? - Bahar Muradovadan AÇIQLAMA

7-12-2016, 22:35

Müdafiə xərcləri niyə artırıldı? - Bahar Muradovadan AÇIQLAMA

“2017-ci ilin büdcəsi Azərbaycanın gələn ildəki vəzifələrini yerinə yetirmək üçün mövcüd reallıqlara uyğun şəkildə hazırlanıb”.

Altun.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında büdcə zərfinin müzakirələri zamanı bildirib.

B.Muradova deyib ki, 2017-ci ildə ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədlə ayrılan vəsait büdcənin 24 faizini təşkil edir ki, bu da ötən illə müqayisədə 2.1 faiz artıqdır:

“Bütün bunlar növbəti ildə də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritet istiqamət kimi qarşıya qoyulduğunu göstərir. Təbii ki, bu da təsadüfü deyil. Ötən il baş verənlər, xüsusilə də aprel hadisələrindən sonrakı durum, danışıqlar prosesindəki mövcud vəziyyət Ermənistanın qeyri-konstruktiv mövqeyi ölkəmizin bu istiqaməti daim diqqət mərkəzində saxlanmasını və inkşafını labüd edir. Çünki son nəticədə bu məsələnin həllində Azərbaycan öz gücünə istinad etməli olduğuna inam getdikcə daha da möhkəmlənməkdədir. Burada həm ordunun qüdrətinin gücləndirilməsinə, həm bu sahədə xidmət edən Azərbaycan vətəndaşlarının, hərbçilərin, zabitlərin, əsgərlərin təminatının, onların maddi və sosial durumunun yaxşılaşdırılması, həm də ordunun təminatı və müdafiə səneyesinin inkişafı nəzərdə tutulur. Hesab edirəm ki bu sahədəki nailiyyətlərimiz beynəlxalq aləmdə hərbi sursat istehsalı edən ölkələr sırasında Azərbaycanın rolunun artması, ölkəmizin doğru yolda olduğunu göstərir. Azərbaycan lazım gəldikdə öz istehsalı olduğu silah-sursatdan ölkənin ərazi bütövlüyünün və müdafiəsini təmin etmək üçün istifadə edəcək”.

Vitse-spiker qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial vəzyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır:

“Bu addımlar həyat şəraitinin yaxşılaşdırılmasını istəyən digər qaçqın və məcburi köçkünlərdə ümid doğrur, stimul yaradır. Vətəndaşlarımızın regionlara qayıdıb, orada məskunlaşması, xüsusilə, bölgələrin dirçəldilməsi ilə bağlı həyata keçirilən işləri xüsusi qeyd etmək lazımdır. Dövlətin ayrıdığı vəsait hesabına çoxlu sayda obyektlər tikilib, infrasturuktur yaradılıb. Yeni iş yerlərinin açılması üçün komunal xidmətlər, yollar çəkilib. Hesab edirəm ki, indiki şəraitdə burada əhalinin yaşaması və dayanıqlı inkişafa nail olunması üçün addımlar atılmalıdır. Bu addımlar yeni iş yerlərinin açılması ilə bağlı olmalıdır".

Regionların tarazlı inkişafı ilə bağlı ciddi siyasət yeridildiyini diqqətə çatdıran B.Muradova hesab edir ki, həmin bölgələrdə aqrar sahənin inkişafına güzəştli kreditlərin verilməsinə etiyac var: "Bundan başqa, xidmət sahəsinə güzəştli kreditlər ayrıla bilər ki, bu da yeni iş yerlərinin açılmasına imkan yarada bilər. Bütün bunları dövlətin hesabına etmək düzün deyil. Azərbaycanda çoxlu sayda iş adamları, biznes fəalları var ki, onların təmas xəttinə yaxın ərazilərdə yaşayan insanların məşğuluğunu təmin etmək, ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirmək, eləcə də yeni iş yerləri açmaq üçün addımlar atması lazımdır. Bunun üçün həm mərkəzi, həm də yerli icra orqanları şərait yaratmalıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 618 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]