altun.az

Netanyahu dekabrın 13-də Azərbaycana səfər edəcək

23-11-2016, 16:11

Netanyahu dekabrın 13-də Azərbaycana səfər edəcək

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub.

Altun.az xəbər verir ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B.Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.

Bu, B.Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.

Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Qeyd edək ki, bir müddət öncə də İsrail mətbuatında mənbəyə istinadən baş nazirin səfərinin tarixini açıqlamışdı. Lakin hökumət səfərin yaxın günlərdə baş tutacağını təsdiqləsə də, dəqiq tarixi açıqlamayıb.

İsrailin Azərbaycandakı səfirliyindən də səfərin dekabr ayında gerçəkləşəcəyini təsdiqləsələr də, dəqiq tarix bildirilməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 591 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]