altun.az

Çavuşoğlu: Erməni dostlarımız heç vaxt dürüst olmurlar

19-11-2016, 15:08

Çavuşoğlu: Erməni dostlarımız heç vaxt dürüst olmurlar

Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar.

Altun.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında Ermənistan deputatı Koryun Nahapetyana cavabında bildirib.

Erməni deputat tədbirdə çıxışı zamanı Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edərək, bu dövlətə qarşı ittihamlar irəli sürüb.

“Fərqli baxışlarımız ola bilər. Ancaq hər şeydən əvvəl dürüst olmağımız lazımdır. Siyasətçi olanda daha çox doğru danışmalı, dürüst olmalısan. Təəssüf ki, erməni dostlarımız dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilirsiniz?! Bu günədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusunu öldürüb?”, - deyə, Mövlud Çavuşoğlu bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 499 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com