altun.az

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edildi

15-11-2016, 00:20

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edildi

Nazirlər Kabinetinin mədəniyyət sahəsində səlahiyyətlərindən birinin ləğvi rəsmiləşib.

Altun.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanununun tətbiqi və “Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

Bu il sentyabrın 30-da “Mədəniyyət haqqında” qanuna edilən dəyişikliyə əsasən peşəkar yaradıcılığın meyarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi barədə müddəa ləğv edilib. Peşəkar yaradıcılığın meyarlarının müəyyən edilməsi sahəsində məsul orqan Nazirlər Kabineti olub. Bununla əlaqədar “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli fərmanı ilə Nazirlər Kabinetinə bu sahədə verilən səlahiyyət də ləğv edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 402 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com