altun.az

Əgər Tramp yenidən seçilsə... - Vedrin

17-08-2019, 11:44

Əgər Tramp yenidən seçilsə... - Vedrin

Fransa Rusiya ilə ABŞ-dan öncə barışmalıdır.
Altun.az xəbər verir ki, bunu “Fiqaro” qəzetinə müsahibəsində Fransanın keçmiş xarici İşlər naziri Yuber Vedrin (1997-2002) deyib.
“Trampı gözləmədən, təcili olaraq, Rusiya ilə münasibətlərimizi yenidən bərpa etməliyik. Əgər Tramp yenidən seçilsə, ABŞ-Rusiya münasibətlərində dinamika yaşanacaq və burada Avropanın maraqları nəzərə alınmayacaq. Makronun formalaşdırdığı hədəf Rusiyanı yenidən Avropa ilə bağlamaqdan ibarətdir. Bununla o, Qərbin Rusiyanı Çinlə yaxınlaşmağa məcbur edən səhv siyasəti düzəltməyə çalışacaq”, – deyə o bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 037 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com