altun.az

Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto

8-08-2019, 18:47


Avropa Azərbaycanlıları Konqresi və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları Ermənistanın qanunsuz olaraq avqustun 5-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın həmin tədbirin açılışında bəyanat verərək “Qarabağ – Ermənistandır” söyləməsini şiddətli şəkildə pisləyir və Ermənistan tərəfinin bu cür təcavüzkar bəyanatlar səsləndiriməsinə son qoymalı olduğunu bildirirlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən Altun.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının bəyanatında Ermənistan rəhbərliyindən BMT-nin 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının qeyd-şərtsiz və dərhal yerinə yetirilməsi tələb olunur.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqına, Avropa Şurasına və ATƏT-ə göndərilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 050 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com