altun.az

Nə edək, Cənablar?...

8-08-2019, 17:46

Nə edək, Cənablar?...

Əli Mustafayev
Dostlar,
Həqiqətən də çox məsuliyyətli bir dönəmə daxil olmuşuq. Azərbaycan sonuncu sovet respublikası kimi Cənubi Qafqazda təbəddülatlar yaşayır. İraqı, Liviyanı qorxaq nəzərlərlə süzərək itirən Rusiya Suriya da ayağının altından gedəndə hərəkətləndi, dirəniş göstərib "itə ataram, yada satmaram" tezisinə sadiqlik göstərib, Suriyanın darmadağın olması bahasına olsa da, ABŞ-ın orada möhkəmlənməsini əngəllədi.
Oxşar ssenari Cənubi Qafqazda da müşahidə olunur. Gürcüstanı və ermənistanı itirən Rusiya qarın sancıları keçirsə də, dözümlülük də göstərdi. Amma növbə Azərbaycana çatanda deyəsən, Suriyada olduğu kimi, qeyrətə gəlib dirənişə qərar verib. Bir müsəlman ölkəsi də pis günə qalsa nə olacaq ki...Onsuz da şeytana qulluq edən qüvvələrin gələcək xəritələrində Cənubi Qafqazda iki ölkənin olacağına dair şayiələr gəzir...Sovet nomenklaturasının məmləkətə səpələnmiş, qocalıb-qartımış magikanları daxildə-xaricdə, açıqda-gizlində, iqtidarda-müxalifətdə, mərkəzdə-əyalətdə əməlli-başlı fəallaşıblar. Ağaları belə tapşırıq verib. Beşinci kolon adlanan bu antimilli məxluqlar ölkəni dağıtmaq hesabına olsa da-4 iyunda milli dövləti məhv etdikləri kimi, ermənilərin əlavə 7 rayonu işğal etməsinə şərait yaratdıqları kimi, 3 onilliyə yaxın bir müddətdə ölkənin inkişafına mane olub, demokratik dövlət təsisatlarının formalaşmasına əngəl törətdikləri kimi, sərvətlərimizi talayıb soydaşlarımızı məmləkətdən didərgin saldıqları kimi-hər bir xəyanətə və rəzalətə hazır kimi qərarlı olduqları müşahidə olunur.
Müxalifət gücləri zəiflədilib, vətəndaş cəmiyyətinin formalaşması əngəllənib, milli dəyərlərə qahmar çıxan ziyalılar, alimlər, ictimai xadimlər daim təqiblərin hədəfində olub, qalıb əzəmətli bir aktyor -Azərbaycan XALQI!
Nə edək, Cənablar? Oturub müşahidəmi edək, qorxub gizlindəmi danışaq, müxalıfəti qınayıb vicdanımızımı sakitləşdirək, yoxsa dünyasını dəyişmiş böyüklərin qarasınamı deyinək?! Bəlkə bunların hamısını bir yana atıb bir millət olaraq ayılaq və birləşək! Bəlkə keçmişdə uduzduqlarımızın, itirdiklərimizin yasını saxlamaqdan imtina edib qəzəblə kükrəyək və qarşımıza çıxan əngəlləri aşaraq kayb etdiklərimizi qaytaraq! Bəlkə bİr XALQ olaraq birləşib rusun və erməninin nökərlərini də, maraqlarını da ayağımızın altına alaq!...
Bəlkəsiz... bunları etmək zorundayıq!!!


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 041 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com