altun.az

Putin Ukraynadakı seçkilərdən danışdı

25-04-2019, 12:33

Putin Ukraynadakı seçkilərdən danışdı

Ukraynada keçirilmiş seçkilərin nəticələri Pyotr Poroşenkonun yürütdüyü siyasətin tam iflasa uğramasından xəbər verir.

Altun.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Bu, Poroşenkonun yürütdüyü siyasətin tam və mütləq iflasıdır. Ukraynanın yeni hakimiyyəti də bunu çox gözəl anlayır, buna əminəm. Azından Zelenskinin atdığı ilk addımlara nəzər salmaq olar: Anlamaq bir şeydir, xalqın maraqlarına cavab verən realist siyasət qurmaq başqa şey”, - deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında gələcək münasibətlər Rəsmi Kiyev rəhbərliyinin yürütdüyü siyasətdən asılı olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 568 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]