altun.az

Makron PYD/YPG-çi terrorçularla görüşdü

20-04-2019, 11:04

Makron PYD/YPG-çi terrorçularla görüşdü

Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri təşkilatının üzvləri ilə görüşüb.
Görüşdə Suriyanın şimal-şərqi ilə bağlı məsələlər də gündəmə gəlib. Makron Suriyada mülki şəxslərə maliyyə yardımı veriləcəyini də bildirib.
Fransa prezidentinin bu addımı Türkiyənin qəzəbinə səbəb olub.
Anadolu agentliyinin verdiyi məlumata görə,Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoy bununla əlaqədar bəyanat verib. O, Türkiyənin öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcəyini söyləyib.
“Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 549 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]