altun.az

Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik

7-04-2019, 14:15

Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik

Netanyahu son dəfə seçkiləri qazanacağı halda İordan çayının qərb sahilindəki yaşayış yerlərini ilhaq edəcəyini elan edib. Bu bəyanat açıq şəkildə BMT TŞ-nın qərarlarını və beynəlxalq hüququ yox saymaqdır.
Altun.az xəbər verir ki, bu sözləri AKP sözçüsü Ömər Çelik deyib.
“Hüququ tapdalamaq mərhələsindən tamamilə yox etmək mərhələsinə keçməyə çalışır. Netanyahunu cənginə alan bu nifrət dilini hər kəs qınamalıdır. Netanyahu beynəlxalq ictimaiyyətə və hüquqa açıq şəkildə hücum edir. Hücum etmədiyi dəyər və hüquqi prinsip qalmadı. Beynəlxalq ictimaiyyət özünü Netanyahunun hücumlarından güclü bir şəkildə qorumalıdır. Bunun sonu Yaxın Şərq başda olmaqla, bütün dünyanın bir xaosa sürüklənməsidir. Netanyahunun çılğınlığına “dur” demək vaxtı gəlib və keçir”, - Çelik bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 599 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]