altun.az

Ukraynada seçki ikinci tura keçə bilər - MSK

1-04-2019, 12:18

Ukraynada seçki ikinci tura keçə bilər - MSK

Ukraynada ötən gün 20:00-da başa çatan prezident seçkiləri ilə bağlı rəsmi nəticələrin elan edilməsi davam edib.
Altun.az xəbər verir ki, indiyə qədər seçki bülletenlərinin 40,21%-nin sayıldığı açıqlanıb. Hazırkı nəticələrə görə, şoumen Vladimir Zelenski 30,23% səslə lider olaraq qalır. Onu 16,65% səslə Pyotr Poroşenko izləyib.
Baktivşina Partiyasının lideri Yuliya Timoşenko 13,14% səslə üçüncü, Yuri Boyko isə 11,48% səslə dördüncüdür.
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə seçici fəallığı 63,48% olub.
***
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkisi bülletenlərinin 50,36%-ni hesablayıb.
Son nəticələrə əsasən, şoumen Vladimir Zelenski (30,20%) liderliyini qoruyub saxlayıb. Ondan sonrakı yerlərdə Pyotr Poroşenko (16,64%), Yuliya Timoşenko (13,08%), Yuri Boyko (11,43%) qərarlaşıb.
***
Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkisində səslərin 60%-ni hesabladıqdan dərhal sonra açıqlama yayıb. Açıqlamada namizədlərdən heç birinin böyük üstünlük qazanmayacağı və seçkinin ikinci tura qalacağı bildirilib.
Qeyd edək ki, rəsmi nəticələr 10 aprelə qədər tam açıqlanmalıdır. İkinci tur isə 21 apreldə keçiriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 481 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]