altun.az

Türkiyədə ilkin nəticələr açıqlanır

31-03-2019, 20:36

Türkiyədə ilkin nəticələr açıqlanır

Türkiyədə az öncə başa çatan bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
Altun.az xəbər verir ki, indiyə qədər səslərin 27,07%-i sayılıb. Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 52,85% səslə öndədir. Cümhur İttifaqını 36,23% səslə Millət İttifaqı təqib edir.
AKP-nin hazırda ən çox səs götürdüyü yer Konya (70,84%), CHP-nin ən çox səs götürdüyü şəhər İzmir (58,44%), MHP-nin güclü olduğu yer Manisa (56,21%), HDP isə Diyabəkirdir (57,91%).
Partiyalar üzrə ümumi nəticə belədir:
1. AKP - 47,95%
2. CHP - 30,21%
3. İYİ Partiyası - 6,02%
4. MHP - 4,9%
5. HDP - 3,05%
6. Səadət Partiyası - 2,18%
7. DSP - 1,38%
Digər siyasi partiyalar hələlik 1%-dən az toplayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 415 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]