altun.az

Baş nazirimiz macar həmkarı ilə görüşdü - Foto

29-03-2019, 19:04

Baş nazirimiz macar həmkarı ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 29-da ölkəmizdə səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Altun.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfərlərini xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu deyən Novruz Məmmədov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, energetika, turizm, kənd təsərrüfatı, İKT və humanitar sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Baş nazir Macarıstanın Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizin ədalətli mövqeyini daim müdafiə etdiyinə görə minnətdarlığını bildirib.
Novruz Məmmədov Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində bu gün Azərbaycan Dillər Universitetində açılacaq Macar Dili və Mədəniyyəti Mərkəzinin iki ölkə arasında humanitar əməkdaşlığa töhfə verəcəyini qeyd edib.
Ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər imkanların olduğunu vurğulayan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, Azərbaycana hər səfərində paytaxtımızda gördüyü inkişaf onda dərin təəssürat yaradır. Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin şaxələndirilməsinin vacibliyindən söz açan Peter Siyarto Cənub Qaz Dəhlizinin önəminə toxunub və bu layihənin reallaşdırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib. Qonaq Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə təmsil olunduğunu xatırladaraq, tarixi köklərlə bağlı olduğu türkdilli ölkələrlə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını deyib.
Görüşdə iqtisadiyyat, energetika, investisiya qoyuluşu, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 390 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]