altun.az

Paşinyan doğru seçim etdi - Millət vəkili

29-03-2019, 18:52

Paşinyan doğru seçim etdi - Millət vəkili

Bakının diplomatik hücumları və beynəlxalq təşkilatlara təzyiqi İrəvanı danışıqlar masasına qayıtmağa məcbur etdi.
Altun.az-ın məlumatına görə bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bununla da Paşinyanın Ermənistanı işğal siyasəti məsuliyyətindən kənarda saxlamaq cəhdləri iflasa uğradı:
“Paralel olaraq Azərbaycan təmas xəttində genişmiqyaslı hərbi təlimləri ilə siyasi, hərbi qüdrətini bir daha Ermənistana nümayiş etdirdi. Nəhayət, Paşinyan danışıqlara qayıtmayacağı təqdirdə, bunun alternativinin müharibə olacağını anladı. Ermənistan və onun havadarlarının indiki şəraitdə Azərbaycanla uzunmüddətli müharibə aparmaq imkanı yoxdur. Çünki ölkəmiz və iqtisadiyyatımız dinamik inkişaf edir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın əlindəki mövcud güclü hərbi texnika da erməni tərəfinə danışıqların zəruriliyini anlamaqda kömək etdi:
“Paşinyanı hakimiyyətə gətirən xalq çox yaxşı bilir ki, danışıqlardan imtina birbaşa müharibə ilə nəticələnəcək. Bu mənada Paşinyan doğru seçim etdi. Ən doğru seçim isə substantiv danışıqlar başlayan zaman olacaq. Ümid edirik ki, gec də olsa, işğalçı Ermənistan bunun ən düzgün qərar olduğunu anlayacaq və növbəti addımı atacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 453 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]