altun.az

Nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar - Zərif

29-03-2019, 18:43

Nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar - Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Qolan təpələrini İsrail ərazisi kimi tanıması kontekstində ərəb ölkələrinin işğal məsələsi ilə bağlı siyasətini tənqid edib.
Altun.az xəbər verir ki, bu barədə “Mehr” nəşri informasiya yayıb.
“ABŞ Prezidenti Donald Trampın ötənilki “işğal edilmiş Qüds” açıqlamasından sonra “Suriyanın işğal altındakı Qolan təpələri” haqqında bəyanatları bizim ərəb və müsəlman qardaşlarımız üçün xatırlatmadır: ABŞ və İsrail sizə əl sıxmaq təklif edəcəklər, ancaq nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar”, - Zərif bildirib.
Zərif həmçinin ABŞ administrasiyasının tam dəstəyi ilə müşahidə olunan İsrailin genişlənmə siyasəti qarşısında ərəb ölkələrini həmrəylik nümayiş etdirməyə çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 421 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]